“Məhtimqulu Fəraqi – Dostluq və qardaşlıq nəğməkarı”
Tarix: 18.05.2017 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin xatirəsinə həsr olunmuş “Məhtimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyəsindən danışıb. Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən şairin Azərbaycanda tapılan “Divan”ının çapının ədəbi əlaqələrimizə töhfə olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli eyni zamanda görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığının, onun xatirəsinin ölkəmizdə əziz tutulduğunu və ardıcıl şəkildə bu münasibətlə konfranslar, tədbirlər keçirildiyini bildirib.
Türkmənistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Batır Recepev Azərbaycan-Türkmənistan əlaqələrinin əhəmiyyətindən danışaraq beynəlxalq konfransın təşkilinə görə akademiya rəhbərliyinə, o cümlədən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkürünü bldirib.
Beynəlxalq konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Türk ellərinin böyük şairi Məhtimqulu Fəraqi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının “Məhtimqulu Fəraqinin poemaları” mövzusunda məruzəsi dinlənilib.
Məruzələrdə Məhtimqulu Fəraqinin həyat və yaradıcılığı barədə söhbət açılıb, şairin poemalarının ilk dəfə Azərbaycanda həm Azərbaycan, həm də türkmən dillərində nəşrə hazırlandığı bildirilib.
Filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Oğuz türkləri ədəbiyyatının qüdrətli nümayəndəsi Məhtimqulu Fəraqi” və Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Töhfə Talıbova “Məhtimqulu Fəraqinin Azərbaycanın qədim Nuxa (Şəki) şəhərində olması barədə” mövzularında çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun alim və mütəxəssisləri, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri, ölkənin tanınmış elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info