Çavuşoğlu Almaniyanı Türkiyəyə münasibətdə mövqeyini dəyişməyə çağırıb
Tarix: 19.05.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Almaniya Türkiyə ilə münasibətində baxışını dəyişməlidir, Berlin Ankaranın maraqları ilə hesablaşmalıdır”. Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bildirib. Xatırladaq ki, bir qədər əvvəl Türkiyə Almaniyanın deputatlar qrupunun “İncirlik” hərbi bazasına nəzərdə tutulan səfərinə icazə verməyib. Buna cavab olaraq, Almaniya kansleri Angela Merkel AFR-in hərbi kontingentinin “İncirlik” hərbi bazasından qonşu ölkələrə köçürülməsi üçün alternativ axtarmağa davam edəcəyini deyib. “Biz şantajla məşğul deyilik. Almaniya öz mövqeyini dəyişməlidir: Türkiyə Berlinin dediyi ilə oturub-durmayacaq. Əgər bu (alman deputatlarının “İncirlik” bazasına buraxılmaması), şantajdırsa, bəs sizin etdklərinizə nə ad vermək olar? Bu, ikili standartlardır. Türkiyə bundan sonra ikili standartlara tabe olmayacaq”, - deyə Çavuşoğlu bildirib. “Əgər Almaniya bizə dost kimi yanaşsa, biz də ona daha artıq dost münasibəti göstərərik, əks halda biz də lazım olduğu kimi davranacağıq. Diplomatiyada qarşılıqlı münasibətlər anlayışı var. Əgər onlar “İncirlik” bazasını tərk etsələr, öz işləridir. Biz dialoq və diplomatiya tərəfdarıyıq. Angela Merkel bizə müraciət etsə, hər zaman danışıqlara hazırıq. Bu məsələni NATO-nun sammitində də müzakirə edə bilərik. Lakin hələ Merkeldən heç bir təşəbbüs gəlməyib”, - deyə türkiyəli nazir əlavə edib. Türkiyə NATO-nun Yaxın Şərqdə mühüm üzv-dövlətidir. “İncirlik” aviasiya bazası ABŞ-ın və NATO-nun regionda əsas hərbi bazalarından biridir. Burada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarında iştirak edən beynəlxalq koalisiyanın təyyarələri yerləşir. Almaniya hərbçiləri ABŞ-ın başçılıq etdiyi koalisiyanın “İŞİD”-ə qarşı əməliyyatlarında NATO-nun AWACS radiolokasiya kəşfiyyatı təyyarələri üçün ekipaj formalaşdırılmasına cəlb olunub. Həmçinin Berlin alyansın “İncirlik” bazasında dislokasiya olunan 6 ədəd “Tornado” kəşfiyyatçı-təyyarələri vasitəsi ilə də əməliyyatlara dəstək verir. Bu təyyarələr demək olar ki, hər gün Suriyanın hava məkanında kəşfiyyat missiyası həyata keçirir. Bundesverin mandatı Suriyada yerüstü əməliyyatları nəzərdə tutmur.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info