Abituriyentlərə inanılmaz fürsət
Tarix: 19.05.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC abituriyentlər üçün ixtisas seçimindən öncə bir gün tələbə həyatı yaşamağı təklif edir. UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini nəzərə alaraq, qəbul imtahanlarında 2-ci qrup üzrə müvafiq bal toplayan abituriyentlər bu ali məktəbə gələrək, istədikləri dərsdə dinləyici kimi iştirak edə bilərlər. Dərsləri dinləmək abituriyentlərə ixtisas seçimi edərkən düzgün qərar verməyə kömək edəcək. UNEC tələbəsi adını qazanmaq istəyən abituriyentlər universitetə gələrək, ali məktəblə tanış ola, onları maraqlandıran bütün suallara cavab ala bilərlər. Bundan başqa, UNEC-lə tanış olmaq istəyən abituriyentlər universitetin rəsmi “Facebook” səhifəsinə yaza və yaxud “Qaynar Xətt” xidmətinə (146-1-3) müraciət edə bilərlər. Qeyd edək ki, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olan tələbələrə universitet hesabına bir semestr müddətinə əlavə təqaüd veriləcək. İmtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə isə ayrıca əlaçı təqaüdü verilir. Bunlar ödənişli, ödənişsiz, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info