İranda prezident seçkiləri: əsas mübarizə Ruhani ilə Rəisi arasında olacaq
Tarix: 19.05.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Seçkiyə ABŞ-dan mesaj: Tramp İranın neft və neft məhsullarına qoyulmuş embarqo müddətini uzadıb. Nümayəndələr Palatası isə Rusiyaya və İrana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi qəbul edib

Bu gün keçiriləcək prezident seçkiləri ilə əlaqədar İranda aparılan təbliğat-təşviqat kampaniyası dünən başa çatıb. Dünən İranda “sükut günü” idi . Bu gün İran xalqı öz seçimini edərək növbəti 4 il üçün İranın prezidentini seçəcək. Gərgin keçən təbliğat-təşviqat kampaniyası zamanı prezidentliyə iddialı olanların bəziləri öz namizədliklərini geri götürdülər.
Nəticədə siyasi mübarizəni 3 nəfər namizəd davam etdirir. Bunlar indiki prezident və namizəd Həsən Ruhani, İbrahim Rəisi və Mustafa Mirsəlimdir. Yerli mətbuat əsas mübarizənin H.Ruhani ilə İ.Rəisi arasında olacağını bildirir. Səhər saat 8:00-dan başlayaraq İran xalqı 64 min seçki məntəqəsində ölkənin yeni prezidentini seçəcək. Maraqlıdır, seçki kampaniyası başlayandan ABŞ administrasiyası Tehranla bağlı sərt ittihamlar səsləndirir. Ekspertlər hesab edirlər ki, bu siyasi gediş İranda keçirilən prezident seçkiləri ilə bağlıdır. Elə son iki gün ərzində də İran Vaşinqtonda əsas gündəm məsələsindən biri olub. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya və İrana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib. Bunu palatanın spikeri Pol Rayan bəyan edib. “Bəşər Əsədin insanlığa qarşı cinayətləri cavabsız qala bilməz. Yeni sanksiyalarla biz Suriya rejimi, eləcə də Əsədin əsas himayədarları olan Rusiya və İrana qarşı təzyiqi artırmış olacağıq”- deyə P.Rayan bildirib. Qanun layihəsinə Senat razılıq verdikdən sonra sənəd imzalanması üçün prezident Donald Trampa göndəriləcək. ABŞ prezidenti Donald Tramp isə İranın neft və neft məhsullarına qoyulmuş embarqo müddətini uzadıb. Bu barədə Ağ Ev açıqlama yayıb. Trampın qərarında bildirilir ki, digər ölkələrin kifayət qədər neft tədarük etməsi İrandan xammal və neft məhsullarının ixracını azaltmağa imkan verir. Bununla belə Tramp qeyd edib ki, hazırda ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı, rəsmi Tehranla münasibətlərə yenidən baxır. Xatırladaq ki, 2015-ci ildə “altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında razılaşma əldə olunub. Rəsmi Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Bunun qarşılığında İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar mərhələli şəkildə aradan qaldırılmalıdır. 2017-ci ilin fevralında ABŞ Tehranın ballistik raket proqramı ilə bağlı İrana qarşı tətbiq olunan sanksiyaları genişləndirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info