“Valideyn himayəsindən məhrum olmuş gənclər üçün üçüncü bina tikilir”
Tarix: 19.05.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib.
Komitə sədri Hadı Rəcəbli qanunun icrası barədə danışaraq bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq bir necə məsələni ortaya qoyub. O qeyd edib ki, qanunda sosial işçi ilə sosial xidmətçilərin işinin ayrı olduğu qeyd olunub: “Bu sahə üzrə layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparılıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb, buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır: “Bu gün uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. İndiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib. Nazirliyin nəzdində ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı 12 mindən çoxdur”. İlqar Rəhimov deyib ki, Azərbaycanda imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq dövlət nəzarətində yaşayır. O qeyd edib ki, bu uşaqlar nazirliyin balansında olan sosial xidmət müəssisələrində saxlanılırlar: “2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü binanın inşasına başlanılıb. Bizim belə binaların sayını artırmağa, bu cür gənclərin problemini aradan qaldırmağa imkanımız var”. İ.Rəhimov bildirib ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olnmuş gənclər üçün 120 və 125 mənzilli iki bina inşa edilib. Dinləmələr ekspertlərin çıxışları ilə davam edib. Tədbirdə “Sosial işçinin bir günü” adlı film də nümayiş olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info