“Komandaya Kamranın oynamağı lazım olsa, meydana çıxacaq”
Tarix: 23.04.2013 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Bojidar Bandoviç: “Bu, lənkəranlı azarkeşlərdən asılı olan bir məsələ deyil”

"Bakı"nın baş məşqçisi Bojidar Bandoviçin müsahibəsini təqdim edirik:

- Komanda “Xəzər-Lənkəran”la kubokun cavab oyununa necə hazırlaşır?
- Biz bu oyuna 27-ci turun oyunundan sonra yox, bir neçə ay öncədən hazırlaşırdıq. Son dövrlər mütəmadi oyuna çıxırıq. Amma “Xəzər- Lənkəran”la kubok oyunları bizim üçün xüsusidir.
-Komandada yorğunluq varmı?
- Şübhəsiz ki, mövsümün sonu olduğundan müəyyən yorğunluq diqqət çəkə bilər. Lakin biz qarşıya qoyulan hədəfə çatmağa borcluyuq.
- “Bakı” ilk oyunda minimal hesablı qələbəyə sevindi. Səfərdə bu üstünlüyünüzü qoruya biləcəksiniz?
- Komandamdan yaxşı oyun gözləyirəm. Biz üstünlüyümüzü qorumağa, konsentrasiyanı itirməməyə və finala çıxmağa borcluyuq. Bu, bizim üçün çox vacibdir.
-Bu, komandanız üçün avrokuboklara vəsiqə qazanmaq baxımından son şansdır...
- Mənim üçün bütün oyunlar vacibdir. Heç bir oyunu böyük və ya kiçik adlandırmaq olmaz. Şansımız varsa, bundan yararlanmalıyıq.
- Kamran Ağayevi Lənkəranda meydana buraxacaqsınız?
- Bu haqda qərarı özüm verəcəyəm. Kiməsə azarkeşlərin münasibətinə görə şans vermək düz deyil. Həm də “Bakı” bir oyunçudan asılı komanda deyil. Əgər komandaya Kamranın oynamağı lazım olacaqsa, meydana buraxacağıq. Bu, lənkəranlı azarkeşlərdən asılı olan bir məsələ deyil.
-Amma yəqin ki, cənublu fanatların Ağayevə göstərəcəyi psixoloji təzyiqi nəzərə alacaqsınız?
- Əgər peşəkar futbolçu belə bir təzyiqə tab gətirə bilmirsə, bunun üstündə işləmək və aradan qaldırmaq lazımdır. Özü də Kamran yığmanın qapıçısıdır.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Mənim güc mənbəyim Bakıdadır”
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info