Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər
Tarix: 22.05.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar" layihəsi başa çatdı.
Layihə çərçivəsində 16-21 aprel 2017-ci il tarixlərində Qəbələ, Oğuz və Şəkidə tədbirlər təşkil edilib.
Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan tarixini öyrənmə və öyrətmənin təbliği, gənclər arasında tariximizi öyrənmənin əhəmiyyətini diqqətə çatdırmaq, gənclər arasında tarixi abidələrimizi öyrənməyin və qorumağın təbliği və s. istiqamətinə yönləndirilib.
Layihənin eksperti Ümüdvar Həsənov gənclər arasında tariximizi öyrənmənin əhəmiyyətini diqqətə çatdırmaq, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin bərqərar edilməsi, Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğu, tarix boyu yadellilərə qarşı mübarizəsi, müstəqillik uğrunda xalqımızın mübarizəsi, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, Azərbaycanın regionda lider ölkə olması, Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, Heydər Əliyev fondunun tarixi abidələrimizin, milli mədəniyətimizin dünyada təbliği və qorunmasına qayğısı, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin artırılması, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması və s. haqqında geniş məlumat verdi.
Daha sonra Azərbaycan tarixi mövzusunda intellektual oyunlar təşkil edildi, qaliblər qiymətli hədiyyələr və diplomlar ilə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info