Region gəncləri kənd təsərrüfatı və sahibkarlıq barədə maarifləndirilirlər
Tarix: 22.05.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


19 may 2017 – cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ucar rayonunda “İdeyanı biznesə çevir – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması” layihəsi icra olunub. Layihənin məqsədi region gənclərinin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə kömək etməklə onların kiçik biznes quruculuğuna həvəsləndirilməsi və kənd təsərrüfatnın inkişafında rolunun artrılması olmuşdur.
Ucar rayonunda keçirilən görüşlərdə kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclər, gənc sahibkarlar, gənc fermerlər, regionda ictimai fəal insanlar, regionlarda biznes layihələrin həyata keçirlməsinə maraq göstərən və dəstək olan aqrar kredit təşkilatlarının, yerli icra hakimiyyəti və rayon Gənclər və İdman idarələrinin nümayəndələri iştirak etmişlər.
Layihə çərçivəsində iştirakçı gənclərə “biznesə necə başlamalı”, biznes idarəçiliyi mövzusunda təlimlər keçrilmiş, onlara "biznes plan, onun hazırlanma qaydası”, innovativ biznes ideyalar, Startap layihələr, Biznes inkubatorlar və onların təklif etdiyi xidmətlər haqqında məlumatlar verilmişdir. Gənclər və vətəndaşlar həmçinin biznes üçün elektron xidmətlər təklif edən "Elektron Hökumət" portalı və digər maarifləndirici biznes portallarla, faydalı internet resursları ilə tanış edilmişdir.
Təlimlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünə məşğulluq dövlət proqramının biznes üzrə təlimçisi, biznes konsultant Orxan Şahbazov tərəfindən aparılmışdır.
Təlimlər aşağıdakı mövzuları əhatə etmişdir:
- Biznesə başlamaq üçün addımlar- kənd təssərüfatı sahəsinə dair fəaliyyətlər;
- Biznes İdeya;
- İdeyaların generasiyası – kreativ biznes ideyanın tapılması;
- Biznes ideyada 4 əsas şərt;
- İdeyaların qiymətləndirilməsi və seçimi (praktiki üsullar);
- İdeyanın düzgün analizi, biznes ideyanın TEST edilməsi;
- Uğurlu biznes modelin yaradılması;
- Biznes misiya və məqsədlərin qoyulması, SMART təhlil;
- Biznesin Strateji Planlaşdırılması (7 addım).
- Bazar araşdırması, GZİT (SWOT) təhlil;
- Biznesin yol xəritəsi – Biznes plan;
- Biznes Plan necə tərtib olunmalıdır?;
- Planda nələrə diqqət yetirilməlidir?;
- İlkin kapitalın cəlb edilməsi yolları, kənd investisiyası;
- Müəssisələrin, fermer təsərrüfatlarının yaradılması və qeydiyyatı proseduru, hüquqi proseslər.
Aparılan interaktiv təlimlərdə gənclər aktiv iştirak etmişlər. 1 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən regiondan üzrə birbaşa 130 iştirakçı, dolayı yol ilə 470 iştirakçı cəlb olunmuşdur.
Layihə iştirakçılarına biznesə başlamaq üçün bütün mərhələləri əhatə edən, zəruri məlumatları özündə əks etdirən “Biznesə necə başlamalı?” adlı kitabça, biznes idarəçiliyi mövzsunda hazırlanmış bukletlər və digər nəşr – poliqrafiya məhsulları paylanmışdır.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info