Qazaxıstanın Atırau şəhərində Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib
Tarix: 22.05.2017 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Atırau Şəhər Akimatlığı, rəsmi şəxslər, yüksək rütbəli zabitlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər ziyalıları, xarici ölkələrin Atırauda yerləşən şirkət və holdinqlərin rəhbərləri, jurnalistlər və diaspor fəalları iştirak edib. Əvvəlcə Azərbaycan qədim və islam arxitekturasını özündə birləşdirən məscid və dini ibadətgahladan bəhs edən fotosərgi keçirilib. Rəsmi qonaqlara sərgidə nümayiş olunan fotolarda məscidlərin tarixi, dini və mədəniyyət abidələri haqqında geniş məlunat verilib. Bildirilib ki, burada əks olunan bəzi məscidlər ermənilrəin işğalında olan Azərbaycan torpaqlarında hələ də baxımsız vəziyyətdədir. İştirakçılara Azərbaycan musiqi alətlərindən inbarət kolleksiya da nümaiş etdirildi. Tədbirdə Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarından və paytaxt Bakının özəlliklərindən bəhs edən video-çarxlar ziyafət iştirakçıları tərəfindən maraqla qarşılandı. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elxan Zeynalov qonaqları salamlayaraq tədbirin keçirilməsi məqsədlərindən bəhs edib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. Diplomat vurğulayıb ki, 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən böyük işlər görülüb. Səfir bu il iki ölkə arasında münasibətlərin 25 illiyinə təsadüf etdiyini deyib, bütün sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Qazaxəstan Prezidenti Nursultan Nazarbayevin cari ilin aprelin əvvələində Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafına müsbət təsirindən danışıb. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mühüm xidmətləri olub. Bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdırıb. Rəaşd Məmmədov Atırau Vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivlərindən danışıb. Hazırda Atırau Vilayətində Azərbaycandan olan 42 hüquqi və fiziki şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğuı olur. Sahibkarlıq subyektlərindən əksəriyyəti metal emalı, tibbi xidmət, qida məhsullarının istehsalı və digər sektorlarda çalışır. Atırau Vilayəti Akiminin birinci müavini Qumar Dyusembayev isə vurğulayıb ki, sonuncu 3 ayda Atırau ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 3 milyon manat təşkil edib. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı məqsədilə yeni layihələr üzərində iş gedir. Qumar Dyusembayev qeyd edib ki, tikinti, ərzaq, neft-kimya, kimya, eləcə də digər sahələrdə investisiya layihələrinin birgə işlənməsi nəzərdə tutulur. Daha sonra rəsmi ziyafətdə Dosmuxammedov adına Atırau Dövlət Universitetinin rəhbərliyi tərəfindən tələbələrı Heydər Əliyev təqaüdünün verilməsi və digər təhsil layihələrinin keçirilməsinə dəstək verdiyi üçün Azərbaycan tərəfinə təşəkkür bildirilib. Rəsmi qəbul böyük konsert proqramı ilə davam etdirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info