IDEA gəncləri beynəlxalq müsabiqədə iştiraka çağırır
Tarix: 22.05.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi 18-30 yaşlı təbiətsevər və istedadlı gəncləri BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən həyata keçirilən beynəlxalq müsabiqədə iştirak etməyə çağırır. Müsabiqə ekoloji sahədə bilik və bacarığı olan gənclər üçün nəzərdə tutulub.
İctimai Birlikdən bildiriblər ki, müsabiqənin şərtlərinə əsasən iştirakçılar daha sağlam planet naminə texnoloji ixtiralar, innovativ və uğurlu biznes-modellər nümayiş etdirməlidirlər. Müsabiqənin nəticəsi olaraq hər il altı nəfər qalib seçilərək “Yer kürəsinin gənc çempionu” adlandırılacaq.
Seçilən qaliblər, ilkin maliyyələşdirilmə üçün 15 000 ABŞ dolları həcmində maliyyə vəsaiti əldə edəcək, 2017-ci ilin dekabrında Keniyanın paytaxtı Nayrobidə keçirilən BMT-nin Ətraf Mühit Assambleyasında, 2018-ci ilin sentyabr ayında isə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək (bütün xərclər ödənilməklə), "Yer kürəsinin gənc çempionları" üçün təşkil ediləcək qala gecəsində şam yeməyinə dəvət alaraq ekologiya nazirləri ilə tanışlıq görüşündə olmaq şansı qazanacaqlar. Həmçinin qaliblər internet və beynəlxalq KİV vasitəsilə açıqlanacaq və nümayiş olunacaq, yüksəkixtisaslı mütəxəssis və təlimçilərlə iş, o cümlədən rabitə, layihə planlaşdırılması, maliyyə idarəetməsi və s. sahələrdə fərdi təlimlərdə iştirak imkanı əldə edəcəklər. “Gənc çempionlar” 2018-ci ilin birinci rübündə Avropada təşkil ediləcək bir həftəlik intensiv sahibkarlıq kursundan da faydalana biləcəklər (ödənişsiz).
"Yer kürəsinin gənc çempionları" müsabiqəsi yalnız mükafat vermək üçün deyil, parlaq gələcəyi olan gənc ekoloqların hədəflərinə doğru daha qətiyyətlə addımlamalarına dəstək olmaq və ekologiya sahəsində yeni liderlər yetişdirmək məqsədilə keçirilir.
Çempionlar, həmçinin BMT ekspertləri, ekoloji sahədə mühüm xidmətləri olmuş şəxsiyyətlərlə görüşmək və ətraf mühit sahəsində yeni startaplarla tanış olmaq fürsəti əldə edəcəklər. Bununla yanaşı, onlar yüksəkixtisaslı “mentor”lardan ibarət ekspert qrupları tərəfindən dəstək alacaqlar.
Qeyd edək ki, 1972-ci ildə BMT Baş Assambleyasının qətnaməsi əsasında yaradılmış UNEP-in məqsədi ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. 2014-cü ilin may ayında IDEA İctimai Birliyi UNEP-də akkreditə olunmuş və bu təşkilatda müşahidəçi statusu almışdır. UNEP-də akkreditasiyanın alınması ilə IDEA UNEP-in idarə orqanları, o cümlədən BMT Ətraf Mühit Assambleyası və onun yardımçı qurumlarının işində iştirak etmək imkanı əldə etmişdir.
IDEA bütün yüksək potensiallı gəncləri ən qısa zamanda qeydiyyatdan keçməyə çağırır.
Müraciət müddəti 18 iyun 2017-ci ilə qədərdir. Ərizə forması və ətraflı məlumat üçün: www.unep.org/youngchampions
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info