El Pais: Madrid referendum keçirməyə mane olsa, Kataloniya müstəqilliyini elan edəcək
Tarix: 22.05.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Əgər Mariano Rahoy hökuməti Kataloniyanın İspaniyanın tərkibindən çıxmaq barədə referendumun keçirilməsinə imkan verməsə, yerli hakimiyyət dairələri ləngimədən birtərəfli şəkildə muxtariyyətin müstəqilliyini elan etmək istəyir. Bu barədə informasiya El Pais qəzetində dərc olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nəşrin məlumatına əsasən, Kataloniya rəhbərliyi artıq Pireney krallığını tərk etmək barədə qanun layihəsini hazırlayıb. “Əgər İspaniya hökuməti referendumun keçirilməsinə mane olsa, müvafiq qanun tam həcmdə qüvvəyə minəcək”, - deyə layihədə qeyd olunur.
Hazırda separatçılar mümkün referendumun bu il sentyabrın 24-də, yaxud oktyabrın 1-də keçirilməsini planlaşdırırlar. Qanun layihəsində, həmçinin Kataloniyanın krallığın tərkibindən çıxdıqdan sonra parlament respublikasına çevriləcəyi və Avropa İttifaqının bir hissəsi olaraq qalacağı vurğulanır.
Xatırladaq ki, Kataloniya Pireney yarımadasının şimal-şərqində yerləşən muxtar icmadır. Son illər regionda separatçı əhval-ruhiyyə xeyli güclənib. Ötən il oktyabrın 6-da vilayət parlamenti cari ilin sentyabr ayınadək İspaniyanın tərkibindən çıxmaq barədə plebisitin keçirilməsini təsdiqləyib. Bunun ardından krallığın konstitusiya məhkəməsi həmin sənədi qanunsuz sayıb.
İspaniya konstitusiyasında muxtar vilayətin mərkəzi hökumətlə razılaşdırılmamış referendum keçirməsi və birtərəfli şəkildə müstəqilliyini elan etməsi barədə maddə yoxdur.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib
26.05.2019
Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info