“Dolu” filminə baxış keçirilib
Tarix: 23.04.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Əməkdar jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş "Dolu" filminə baxış keçirilib.
Filmin nümayişindən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli millət vəkili, yazıçı Aqil Abbasın müasir Azərbaycan tənqidi realist ədəbiyyatının tanınmış nümayəndələrindən biri olduğunu vurğulayıb, onun ”Batmanqılınc”, ”Ölülər”, ”Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” və s. əsərlərinin ideya-bədii xüsusiyyətlərindən bəhs edib. Qeyd olunub ki, yazıçının müharibə mövzusunnda yazdığı ”Dolu” romanının motivləri əsasında çəkilən eyniadlı film müharibə dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini, Qarabağ müharibəsindəki müvəqqəti məğlubiyyətlərin əsl səbəblərini açan, gəncliyin milli rəşadət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir. "Dolu" milli kino salnaməmizə müharibə mövzusunda çəkilən ən yaxşı filmlərdən biri kimi daxil olacaq. Filmin ssenari müəllifi, yazıçı Aqil Abbas pedaqoji kollektivi, tələbələri salamlayaraq böyük tarixi şəxsiyyətlərin, ədəbi simaların, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Vətəni Naxçıvanda, buradakı tanınmış ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib, universitet rəhbərliyinə minnətdarlıq edib. Sonra film nümayiş olunub. "Azərbaycanfilm" kinostudiyasının 2012-ci ildə çəkdiyi ”Dolu” filmi Qarabağ müharibəsində hər şeyə rəğmən, Vətən uğrunda son damla qanlarına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərov, bəstəkarı Polad Bülbüloğludur. Gərgin döyüş anları, qəhrəmanlıq və şücaət səhnələri ilə dolu ”Dolu” filmində istedadlı aktyor heyəti iştirak edir. İnsanda mübarizlik və döyüşkənlik ruhu, torpaqlarımızın tezliklə azad olunacağına, qələbəyə böyük inam, milli qürur aşılayan film böyük maraq və həyəcanla izlənib. Filmin nümayişindən sonra Milli Məclisin deputatları, yazıçı Aqil Abbasla görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşüb, müəllif öz kitablarını hədiyyə edib.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info