Piratçılığın səviyyəsi aşağı düşüb
Tarix: 23.04.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Müəllif Hüquqları Agentliyi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfrans keçirib. Agentliyin sədri Kamran İmanov ümummilli liderin müəllif hüquqlarının qorunması ilə bağlı fəaliyyəti haqqında danışıb. O bildirib ki, H.Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə bu sfera ilə bağlı qanunvericilik bazası formalaşdırılıb və təkmilləşdirilib.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətini də qeyd edən K.İmanov kitabların insan həyatındakı zəruriliyini vurğulayıb. O, ermənilərin Azərbaycan mədəni irsinə qarşı iddiaları və tarixin saxtalaşdırılmasına yönələn fəaliyyətləri haqqında da fikirlərini bildirib. Kamran İmanov deyib ki, pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması üçün əsərlərin, fonoqramların, kompyuter proqramlarının və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq. Hazırda agentlik müəllif-hüquq sahəsində 70-dək vəzifə və funksiya yerinə yetirir: “Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biridir. Əsərlərin qeydiyyat sisteminin tətbiqinə 1996-cı il martın 12-dən başlanılıb. Həmin vaxtdan indiyə kimi agentlikdə 5840 müəllifə - hüquq sahibinə məxsus olan 8765 əsər qeydiyyatdan keçirilib. Qeydiyyat elektron qaydada aparılır. Bununla əlaqədar xüsusi olaraq “Elektron xidmət” bölməsi yaradılıb”. O qeyd edib ki, hüquqların təminatı, pitratçılıqla mübarizə son vaxtlar daha da gücləndirilib. Müvafiq dövlət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2012-ci ildə müxtəlif seqmentlər üzrə 9-28% aşağı düşüb: “Hazırda piratçılığın səviyyəsi kitab bazarında 33%, audio-video məhsul bazarında 68%, proqram təminatı sahəsində 87% təşkil edir. “Əqli mülkiyyətin hüquqlarının təminatı və piratçılıqla mübarizə haqında” qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələ başlayıb. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırda rəqəmsal şəbəkələrdə lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi üzrə elektron xidmətlər sisteminin formalaşdırılması işi başa çatmaqdadır. Bu sistem vasitəsilə kommersiya məqsədilə yayılan əsərlərə, fonoqramlara, audiovizual əsərlərə və tərkibində əqli mülkiyyət olan digər mallara rəqəmsal kodlar veriləcək”. Agentliyin rəhbəri onu da bildirib ki, qurumun nəzdində fəaliyyət göstərən 960 saylı “Qaynar xətt”ə hər il 700-dən çox müraciət daxil olur: “Keçən il isə müəllif-hüquq məsələləri ilə bağlı “Hüquq məsləhətxanası”na 500-dən çox vətəndaş müraciət edib”. Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə çıxışında Heydər Əliyevin milli dövlətçiliyin formalaşmasına və inkişafına yönələn fəaliyyətinə toxunub. O, saxta erməni tarixi ilə mübarizənin artırılmasının vacibliyini vurğulamaqla yanaşı, uzun illər ərzində ermənilərin Azərbaycana və türk millətinə yönələn əsassız iddialarının cavablandırılmamasını da təəssüf hissi ilə qeyd edib. Daha sonra tədbirdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin məruzələri dinlənilib. Məruzə və çıxışlarda erməni müəlliflərin kitablarındakı uydurmalar və belə “əsərlərə” olan “müəlliflik hüquqları” və digər erməni plagiatçılıqları ilə bağlı məsələlərə toxunulub.
GÜNAY





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info