Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
Tarix: 22.05.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Alman Azərbaycan Dostluq Cəmiyyəti Almaniyanın Bonn şəhərində keçirilən festivalda ölkəmizi təmsil edib. Bu haqda Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva məlumat verib
Qeyd edək ki, ildə bir dəfə Bonn şəhərində əcnəbilərlə və yerli xalqın qarşılıqlı mədəni, ictimai Festivalı keçirilir. Builki tədbirdə təqribən 180 dövlətin nümayəndələri iştirak edib. Bu ölkələrin nümayəndələrinə birlikdə müxtəlif sahələrdə möhkəm və sağlam iş əlaqələri yaratmaq, cəmiyyətlərin bir-biri ilə ünsiyyət qurub bərabər işləmələrinə, vətənlərini təmsil edib mədəniyyətini yaxından tanıtmaq, insanları elmə, incəsənətə, idmana, yönəltmək, miqrasiyanı daha da gücləndirməyə böyük bir şərait yaradılıb. Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva da bu fürsətdən istifadə edib Azərbaycanı festivalda tanıdıb: “Mən də bir Azərbaycan vətəndaşı olaraq, bizə verilən bu imkandan istifadə edib, Azərbaycanımızı təmsil etməyi, bayrağımızı dalğalandırmağı, hər zaman olduğu kimi özümə borc bildim. Bu tədbirimizdə Azərbaycan musiqiləri səsləndi, milli mətbəximiz tanındı. Alman dilində Qarabağ həqiqətləri, Xocalı hadisələri, tarix və mədəniyyətimizə aid kitablar almanların nəzərindən qaçmadı. Bələdiyyə tərəfindən səhnədə mənə verilən 15 dəqiqəlik vaxtdan istifadə edib doğma vətənimin hər bir gözəl guşəsinə almanları və Almaniyada yaşayan əcnəbiləri səyahət etməyə çağırdım”.
Xatırladaq ki, festivala Bonn şəhərinin meri Aşok-Alexander Stidharan və xanımı da qatılıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info