GİN ilə Elmin İnkişafı Fondu birgə əməkdaşlıq edəcəklər
Tarix: 22.05.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında Protokol imzalanıb.
Trend-in məlumatına görə, protokolu Gənclər və idman naziri Azad Rəhimov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıblar.
Protokola əsasən, Gənclər və İdman Nazirliyi və Elmin İnkişafı Fondu 2017-ci ildə Gənc alim və mütəxəssislərin 4-cü xüsusi (“Mənim ilk qrantım”) birgə qrant müsabiqəsini keçirəcək. Qrant müsabiqəsi Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, həmçinin ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən regional və beynəlxalq səviyyəli konfrans, simpozium və başqa elmi tədbirlərin təşkili və keçirilməsi kimi xüsusi layihələri kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirmək məqsədi ilə keçirilir. EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş 3 qrant müsabiqəsi çərçivəsində 72 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln. manat vəsait ayrılıb.
Protokol həm də növbəti – 4-cü müsabiqənin keçirilməsində CİN-nin də payçı qismində iştirakını müəyyən edəcək. Tərəflər müsabiqənin keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək, qalib qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüşlər təşkil edəcək, yerinə yetirilən qrant layihələrinin vaxtaşırı monitorinqində və qiymətləndirilməsində iştirak edəcək, birgə qrant müsabiqəsi ilə bağlı məlumatları müntəzəm olaraq internet səhifələrində və KİV-də işıqlandıracaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10148

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info