BANM-in könüllüləri İslam Oyunlarında
Tarix: 22.05.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirilən “Bakı-2017”-də İslam dünyasının 54 ölkəsindən 3 mindən çox idmançı iştirak edib. Bu möhtəşəm yarışlara 12 minə yaxın könüllü qatılıb. Onların sırasında da Bakı Ali Neft Məktəbinin (BANM) tələbə könüllüləri var. Bəs BANM-in könüllü kimi fəaliyyət göstərən tələbələri IV İslam Həmrəylik Oyunları haqqında nə düşünürlər, burada könüllü kimi iştirak etmələri hansı təəssüratlarla yadda qalıb? Bu sualı BANM-in könüllülərinə ünvanladıq.

Kənan Sadıqov, II kurs, Kimya mühəndisliyi ixtisası:
- Mənim könüllülərə qoşulmaqda bir neçə məqsədim var. İstəyirdim ki, özümə yeni dostlar qazanım, müəyyən təcrübə toplayım və ingilis dilimi inkişaf etdirim. İslam Oyunlarında Suriya Milli Olimpiya komitəsinin assistentiyəm. Əsas işim gün ərzində, iş prosesində ortaya çıxan müəyyən məsələlərin həllinə yardım etməkdir. Mən də əlimdən gələn köməkliyi göstərirəm. Könüllü fəaliyyətim mənə yeni dostlar qazandırır. Səkkiz aydan çoxdur ki, bu oyunlarda könüllü kimi fəaliyyət göstərirəm. Könüllülük fəaliyyətimə səfir kimi başlamışam, sonra isə Suriya Milli Olimpiya Komitəsinin təmsilçiləri ilə işləyirdim. Müxtəlif ölkələrdən gələn idmançılarla tanış olmaq, olanlarla ünsiyyət qurmaq, onların mədəniyyətini, adət ənənələrini öyrənmək mənim üçün çox maraqlıdır.
Novruz Əliyev, II kurs, Neft-qaz mühəndisliyi ixtisası:
- İlk dəfə birinci kursda oxuyarkən “Formula-1” yarışlarında könüllü olmuşam. İngilis dilimin inkişafında həmin müddət çox mühüm rol oynayıb. İş prosesində xaricilərlə tez-tez ünsiyyətdə olmaq imkanı mənə ingilis dilində nitqimi təkmilləşdirməyə yardım edib. Gündəlik işim idmançıları qarşılamaq və onlara köməklik göstərməkdən ibarətdir. Maraqlısı odur ki, mən bu oyunlarda çoxdan başqa yerə köçmüş uşaqlıq dostumu da tapmışam. Burada həm iş təcrübəsi , həm də dostlar qazandığıma görə özümü çox şanslı hiss edirəm.
Nigar Qasımova, II kurs, Kimya mühəndisliyi ixtisası:
- İlk dəfə olaraq könüllü qismində özümü beynəlxalq səviyyəli idman yarışında sınayıram. Əminəm ki, İslam Oyunları mənim gələcək həyatımda parlaq bir səhifə olacaq. Mən yeni dostlar qazanmaq, ingilis dilimi inkişaf etdirmək üçün bu hərəkətə qoşulmuşam. Bura qoşulmağa məni Avropa oyunlarında və “Formula-1” yarışlarında könüllü kimi iştirak etmiş qrup yoldaşlarım həvəsləndiriblər. Mənim təmsil olunduğum komandanın gündəlik işi treninq, görüş və s. haqqında atletlərə məlumat verməkdir. Oyunlarda iştirak edən xarici ölkələrin idmançıları bizə xatirə olaraq döş nişanları hədiyyə verirlər. Əminəm ki, İslamiadadan sonra bu döş nişanları kolleksiya olaraq xatirə kimi qalacaq.
Kamil Nağızadə, II kurs, Neft-qaz mühəndisliyi ixtisası:
- Bu hərəkat haqqında Avropa oyunları və “Formula-1“ yarışlarında könüllü kimi işləyən tanış və dostlarımdan xəbər tutdum. Könüllülərin işləri məni çox cəlb eləmişdi. Buna görə də İslam Oyunları könüllülər hərəkatına qoşuldum. Bu fəaliyyətimdən əsas gözləntim çoxlu dostlar qazanmaq və komandada işləməyi bacarmaqdır. Mən tamaşaçı xidmətlər komandasındayam. Biz hər gün tamaşaçıları qarşılayıb zala yönləndiririk. Onların rahatlığı üçün müxtəlif xidmətlər göstəririk. Komandamızın menecerin doğum gününü bir yerdə qeyd etməyimiz maraqlı bir xatirəyə çevrildi, belə ki, onu təbrik etmək üçün komandamızla xüsusi bir video hazırlamışdıq. Könüllü hərəkatı mənə komandada işləmək bacarığını təkmilləşdirməyə xeyli kömək oldu. Bu oyunların sahəsində çoxlu dostlar qazanmışam. İslam Oyunları mənim üçün dostluq, həmrəylik, komanda deməkdir və inanıram ki, ölkəmiz üçün çox əhəmiyyətli bir tədbir kimi yadda qalacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info