İqtisadiyyat naziri Goranboyda vətəndaşları qəbul edib
Tarix: 22.05.2017 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərləri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda nazir Şahin Mustafayev qəbula gələn vətəndaşların müraciətlərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb. Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, çörək istehsalı müəssisəsinə dəstək, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların, heyvandarlıq, meyvəçilik, üzümçülük, turizm və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Ümumiyyətlə, indiyədək keçirilmiş vətəndaş qəbullarında mürciət edən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 100 mln. manatdan çox güzəştli kredit ayrılıb. Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info