Dini icmalara maliyyə vəsaiti ayrılıb
Tarix: 22.05.2017 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.
 
Komitədən verilən məlumata görə, layihələri maliyyələşdirilən İmişli rayonu Xoşçobanlı kənd məscidi dini icması “İslam həmrəylik, bərabərlik dinidir”, Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icması “İslam dini həmrəy və tolerant dindir”, Sabirabad rayonu  Bulduq kənd məscidi dini icması “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti”, Masallı rayonu Ərkivan qəsəbəsi “Həzrət Əli” məscidi dini icması “Radikalizm və ekstremizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu”,  Ağdaş şəhəri “Hacı İsmayıl” məscidi dini icması “İslam həmrəyliyinin və İslami dəyərlərin təbliği”, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbə məscidi dini icması “İslam barışıq və həmrəylik dinidir”, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması” “İslam həmrəyliyi: dünyanı sülhə aparan yol”, Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icması  “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” , Ucar şəhər “Cami” məscidi dini icması “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik”, Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı”, İmişli rayonu Cəfərli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Zərdab şəhər “Cümə” məscidi dini icması “İslam Həmrəyliyi sülhə çağırışdır”, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Goranboy rayon Safıkürd və Tatarlı kənd məscidi dini icması “Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 196 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 177-i isə İslam dini icmasıdır. DQİDK-ya təqdim etdikləri layihələri maliyyələşdirilmiş icmalar tərəfindən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilir, kitablar çap edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info