İslam Oyunları-2017: Azərbaycan daha 20 medalla liderliyini möhkəmlədib
Tarix: 22.05.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Azərbaycan idmançıları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 20 medal qazanıblar. Medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürünc olub.
Qızıl medallara qadın güləşçiləri Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq), kişi və qadınlardan ibarət basketbol 3X3 komandası, zorxananın səngi yarışında Rüfət Güləliyev, 3 metrlik tramplindən suya tullanmada Olqa Bıkovskaya və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yiyələnib.
Gümüş medallara qadın güləşçilərdən Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq), zorxananın çərxi-çəməni növündə Orxan Xanlarov və milbazidə Xəyyam Orucov, kişilərdən ibarət voleybol yığması və kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suya tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.
Bürünc medalları isə zorxananın kəbbadə yarışında Məmmədi Salamov, mil səngində Xəyyam Orucov və çərxi-tizdə Orxan Xanlarov, həmçinin stolüstü tennis üzrə kişilərdən ibarət komanda əldə edib.
Beləliklə, Azərbaycanın aktivindəki medalların sayı 153-ə çatıb. Medallardan 75-i qızıl, 46-sı gümüş, 33-ü bürüncdür. Türkiyənin 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medalı var. Son yarış günü ərəfəsində Azərbaycan medal əyarında böyük üstünlüklə liderliyini davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Real“ Poqbadan imtina edir
17.07.2019
“Tottenhem“ Beyli geri qaytarır
17.07.2019
Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb
17.07.2019
Çempionlar Liqasında növbəti oyunlar keçirilib
17.07.2019
Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info