“Azərbaycan Avropa üçün çox dəyərli tərəfdaşdır”
Tarix: 23.05.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Devid MakAlister:
“Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir. Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi gücləndirməliyik”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister bildirib ki, başçılıq etdiyi nümayəndə heyəti altı gün Cənubi Qafqazda olacaq, üç ölkədə görüşlər keçirəcək. Nümayəndə heyətinin tərkibinə Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvləri daxildir.
Səfərin məqsədi Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır. Azərbaycan Prezidentinin qəbulunda olduqlarını deyən qonaq həmin görüşdən çox zəngin təəssüratla ayrıldıqlarını vurğulayıb. O, Milli Məclislə Avropa Parlamenti, həmçinin Avronest Parlament Assambleyası arasında əlaqələrin davamlı inkişafına ümidvar olduğunu bildirib. Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq təşkilatların öz dəstəyini gücləndirməsinin vacibliyi vurğulanıb. Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici işlər naziri Elmar Məmmədyarov da Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Elmar Məmmədyarov Avropa Parlamenti deputatlarının səfərinin və bu kimi dialoqun Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri müzakirə edilib, ölkəmizlə təşkilat arasında strateji tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verib, bu layihələrin üstünlüklərindən danışıb. O, həmçinin “Cənub Qaz Dəhlizi” və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətinə diqqət çəkib. Nazir Azərbaycan və Aİ arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib və bu xüsusda strateji tərəfdaşlığa dair sənədin imzalandığını yada salıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında qeyri-seçimli və vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir. Görüşün sonunda nazir Elmar Məmmədyarov nümayəndə heyətinin müxtəlif mövzularda, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara dair suallarını cavablandırıb. Devid MakAlister brifinq keçirib. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri brifinqdə deyib ki, Azərbaycan Avropa üçün çox dəyərli tərəfdaşdır. Devid MakAlister qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir: “Azərbaycan dünyəvi ölkədir. Hesab edirik ki, Azərbaycan Avropa, müsəlman dünyası və Asiya arasında körpü rolunu oynaya bilər. Biz mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan bu ölkənin əhəmiyyətini yaxşı anlayırıq. Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi gücləndirməliyik”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info