Almaniyadakı Azərbaycan diasporu Rusiya Prezidentinə müraciət ünvanlayıb
Tarix: 23.05.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları - Drezdendəki Alm.Az Cəmiyyətinin, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Avropa Əməkdaşlıq Forumu Təşkilatının idarə heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Almaniyadakı Azərbaycan diasporunun bəyanatında bildirilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycan ərazisində rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin tam hüquqlarının qorunması üçün bütün şərait yaradılıb. Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir. Bəyanatda deyilir: “Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə verdiyi qərar subyektiv xarakterlidir və göstərilən dəlillər qeydiyyatın ləğvi üçün kifayət deyil”. Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından xahiş edir ki, ədaləti bərpa edərək ÜAK-ın qeydiyyatının bərpasına dəstək göstərsin. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər. Sonda diaspor təşkilatları kütləvi informasiya vasitələrini və ictimai təşkilatları tələsik addımlar atmamağa, Rusiyanın bəzi dövlət orqanlarını isə antiazərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırır. Kanada Azərbaycan Tədqiqatları İnstitutu isə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb. Qeyd olunub ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 2017-ci il mayın 15-də verilən qərarı ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir: “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info