Almaniya və Polşa arasında razılıq: NATO-nun Şərq cinahı gücləndiriləcək
Tarix: 23.05.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Ukrayna NATO-nun de-fakto Şərq cinahı ola bilər, ölkə 2020-ci ilə qədər NATO qüvvələri ilə tam uyğunluğa nail olacaq”

İki gün sonra, mayın 25-də Brüsseldə NATO-ya üzv ölkələrin rəhbərləri növbəti görüşlərini keçirəcəklər. Lakin görüşdə hansı məsələlərin müzakirə ediləcəyindən asılı olmayaraq, Polşa prezidenti Andjey Duda və almaniyalı kansler Angela Merkel öz aralarında NATO-nun Şərq isiqamətində gücləndirilməsi siyasətini təsdiq ediblər.
Polşa prezidentinin rəsmi saytında yerləşdirilən məlumata görə, Merkel və Duda bu barədə razılaşmanı bazar ertəsi telefon əlaqəsi saxlayarkən müzakirə ediblər. “Bu, NATO sammitindən əvvəl məsləhətləşmələr mərhələsi kimi dəyərləndirilməlidir. İki dövlət rəhbəri qarşıda keçiriləcək sammitin gündəliyini müzakirə etməklə yanaşı, alyansın təhlükəsizliyi ilə bağlı ümumi öhdəlikləri barədə öz mövqelərini ifadə ediblər. Onlar Uels və Varşava sammitlərində alyansın şərqə doğru genişləndirilməsi ilə bağlı müddəaların həyata keçirilməsini nəzərdən keçiriblər” deyə məlumatda qeyd edilir. Duda və Merkel müdafiə xərcləri məsələsində də razılığa gəliblər: “Hər bir dövlət fərdi yolla müqavilə öhdəliyini yerinə yetirmək hüququna malikdir”. Qeyd edək ki, ötən 2016-cı ildə NATO-nun Varşavada keçirilən sammitində alyans Latviya, Litva, Estoniya və Polşa dövlətlərinin xahişini nəzərə alaraq bu ölkələrdə çoxmillətli batalyonları yerləşdirməyə qərar verdi. Həmin qərara əsasən, Latviyada yerləşən batalyonun əsasını Kanada, Litvada Almaniya, Estoniyada İngiltərə, Polşada isə ABŞ qüvvələri təşkil edəcək. Qeyd edilməlidir ki, NATO-nun Şərq istiqamətində güclənmə planı Ukrayna dövləti tərəfindən də maraqla izlənilir. Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə baş nazirinin müavini İvanna Klimpuş- Sinsadzenin fikrincə, Ukrayna NATO-nun de-fakto Şərq cinahı ola bilər. Xatırladaq ki, bir müddət bundan əvvəl Almaniya nəşrinə açıqlama verən Ukrayna prezidenti Petr Poroşenko da ölkəsinin NATO-ya girişi ilə bağlı referendum keçirmək niyyətində olduğunu bəyan etmişdi İvanna Klimpuş- Sinsadze isə deyib ki, NATO-ya üzvlük Ukrayna üçün bu gün də perspektiv prioritet olaraq qalır. Ukrayna Ali Radasının 2014-cü ilin dekabrında qəbul etdiyi iki qanun dəyişikliyini xatırladan siyasətçi xanım ölkəsinin yeni hərbi doktrinasında da NATO ilə münasibətlərin nəzərdə tutulduğunu qeyd edib: “Ukrayna 2020-ci ilə qədər NATO qüvvələri ilə tam uyğunluğa nail olacaq. Brüsselə səfər edən Poroşenko Ukrayna və NATO arasında “yol xəritəsi” barədə razılığa gələrək hərbi-texniki əməkdaşlıq barədə rəsmi sənədə imza atıb. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenə görə, Ukraynanın alyansa qoşulması üçün bu ölkə bir sıra uzun vaxtaparıcı meyarlara nail olmalıdır. Krım məsələsini xatırladan Rasmussen qeyd edib ki, NATO ərazi mübahisələri olan ölkələri sıralarına qatmır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info