Balakəndə tütünçülüyə maraq artıb
Tarix: 23.05.2017 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Cari mövsümdə Balakən rayonunun təsərrüfatlarında 520 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Artıq təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil qaydada başa çatmaq üzrədir. Balakənli fermerlər indiyədək 515 hektar sahəyə tütün şitili köçürüblər. Qarşıdakı günlər ərzində daha 10-15 hektar sahədə tütün əkilməsi gözlənilir. Bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib. Ötən il olduğu kimi, cari mövsümdə də rayonun tütün istehsalçıları ətirli tütün növləri ilə yanaşı, yerli tütün sortlarının əkininə də üstünlük veriblər. Talalar kəndindən olan fermer Şahin Əhmədov builki mövsümdə 39 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer bu il tütün əkini sahələrini ötən illə müqayisədə 10 hektar artırıb. Xatırladaq ki, iyirmi illik fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Ötən il rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər ötən mövsüm 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info