700 bal toplayan tələbə: “Ən böyük arzum – BANM-ə yüksək balla daxil olmaq idi”
Tarix: 23.05.2017 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Əsədzadə Mahirə Məhəbbət qızı 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli məktəbdə, 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə alıb. Dərslərdə daim fəal olub, yüksək qiymətlər alıb və eyni zamanda məktəbdə keçirilən tədbirlərdə, tamaşalarda, olimpiadalarda iştirak edib. Fərman, diplom və təsəkkürnamələrlə təltif olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Baki Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?
- Əlbəttə ki, bu nəticə çox çalışmağımın bəhrəsi idi. İlk öncə hədəf seçdim, daha sonra əmin addımlarla bu yolda irəlilədim. Düşünmürəm ki, bu ancaq şans işi olsun. 700 bal istedad, bilik, diqqət və şans tələb edir. Əgər bu hədəfi seçmisənsə, bunun üçün son 1-2 il oxumaq bəs etmir, məktəb vaxtı keçirilən dərslərdə bu elmin bünövrəsini qoymaq lazımdır.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?
- İmtahan qabağı hər bir abituriyent kimi narahat idim. Deməzdim ki, həyəcanlı olmuşam. Narahatlığıma səbəb isə mənə zəhmət çəkən, elm öyrədən bütün müəllimlərimin və özümün çəkdiyi zəhmətin nəticəsinin necə olacağı, yəni məsuliyyət hissi idi. İmtahan sonrası isə artıq bu nəticəni gözləyirdim.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin, bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- BANM tələbələr üçün böyük şanslar vəd edir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verir. Tələbə üçün ən yaxşı seçim olacağını düşünürəm və ətrafımdakı yüksək bal toplayanların da seçimi bu təhsil ocağı olmuşdu.
- Ən böyük arzun nədir?
- Abituriyent olarkən ən böyük arzum - BANM-ə yüksək balla daxil olmaq idi. Şükür ki, bu arzum gerçək oldu . İndi isə növbəti hədəfim universitet həyatının da belə uğurlu keçməsidir.
- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?
- Bu uğurun gələcəyə atılmış ilk addım olacağına inanıram. Gələcəkdə özümü peşəkar mühəndis kimi görmək istəyirəm. Vətənim, xalqım üçün savadlı bir kadr kimi yetişmək istəyirəm.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info