“Azərbaycan dünya miqyasında vacib idman ölkəsi kimi böyük nüfuz və etimad qazanıb”
Tarix: 23.05.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Kubanın ən çox oxunan nüfuzlu “Bohemia” jurnalında Azərbaycanda uğurla keçirilmiş Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları barədə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin geniş məqaləsi dərc edilib.
Azərbaycanın Kubadakı səfirliyindən verilən məlumata görə, “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” başlıqlı məqalədə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır, bu mühüm siyasətin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanır.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların təşkilində mühüm xidmətləri qeyd edilərək, Bakı-2017 Oyunlarının olduqca yüksək səviyyədə təşkil edilməsi və heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə başa çatmış idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan islam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirmişdir.
Müəllif Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışına istinadən diqqətə çatdırır ki, Birinci Avropa Oyunları zamanı bütün qitəni birləşdirərək tarix yazmış Azərbaycan hazırda Bakı-2017 çərçivəsində islamın sülh, tolerantlıq və xeyirhaqlıq ideyaları altında dörd qitəni təmsil edən islam dünyasını bir araya gətirdi. Bildirilir ki, bütün bunlar və beynəlxalq idman ictimaiyyəti üçün təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları kimi daha bir tarixi idman hadisəsi Azərbaycanın dinamik inkişafının bariz nümunəsidir. Minillərlə ölçülən qədim tarixə malik Azərbaycanın, eyni zamanda gənc, sürətlə inkişaf edən müstəqil dövlət olaraq, çoxmədəniyyətlilik ənənələrinə söykənən, açıq və tolerant bir cəmiyyət olduğu vurğulanır.
Daha sonra müəllif IV İslam Həmrəyliyi Oyunlarının simvolu kimi dünyada məşhur olan Qarabağ atlarından, habelə Azərbaycanın milli atüstü idman növlərindən çövkən, yaylıqqaçırtdı, sürpapaq oyunları kimi xalqımızın zəngin mədəniyyətinin bir hissəsi olan milli idman ənənələrindən bəhs edir. Bildirilir ki, çövkən atüstü oyunu haqqında Dədə Qorqud səlnaməsində, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında qeyd olunan tarixi məlumatlara rast gəlmək olar. Eyni zamanda, güləş, boks, cüdo, şahmat və sair individual idman növlərində bütün dünyada məşhur idmançılar yetirmiş Azərbaycanda, futbolun kütləvi şəkildə çox sevilən idman növü olmasından söz açılır, Azərbaycanın ən məşhur futbol komandasının isə məhz “Qarabağ” futbol klubunun olduğu diqqətə çatdırılır.
Məqalədə qeyd edilir ki, son on ildən çox müddətdə Azərbaycanda müxtəlif miqyaslı yüzlərlə beynəlxalq idman yarışları, o cümlədən Avropa və dünya birincilikləri çox yüksək səviyyədə keçirilmişdir. Müəllif xüsusi olaraq vurğulayır ki, böyük beynəlxalq idman tədbirlərinin mükəmməl təşkilinə görə, habelə idmançılar və bütün qonaqların ehtiyaclarının lazımı şəkildə qarşılanmasına zəmanət verə bildiyi üçün Azərbaycan dünya miqyasında vacib idman ölkəsi kimi böyük nüfuz və etimad qazanıb. Bu xüsusda həmçinin, Bakıda keçirilmiş Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışları barədə məlumat verilir və öz növbəsində bütün bunların beynəlxalq olimpiya ailəsi tərəfindən Azərbaycana olan marağın daha da böyüməsinə və ölkəmizin irimiqyaslı beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsinə səbəb olduğu vurğulanır.
Məqalədə, həmçinin son zamanlarda Azərbaycan və Kuba arasında idman sektorunda uğurlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən söz açılır. Bu xüsusda, iki ölkənin yunan-Roma və sərbəst güləş üzrə yığma komandalarının 2016-cı ilin may ayında Azərbaycanda birgə təlim-məşq toplantıları keçirməsi, həmçinin Bakıda ötən ilin sentyabr ayında Azərbaycan və Kuba Şahmat Federasiyaları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə məlumat verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info