“Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi icra edilir
Tarix: 23.05.2017 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinin icrasına başlayıb. Bu barədə “Palitra”ya ictimai birlikdən məlumat verilib. Məlumatda qeyd edilir ki, layihə çərçivəsində ilk olaraq ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda bilik və məlumatlarını, araşdırma bacarıqlarını artırmaq üçün “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak” mövzusunda təlim keçirilib. Təlim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçirilib. Keçirilmiş təlimdə 20-dən artıq gənc iştirak edib. Burada gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə statuslarla çıxış etmək qaydaları və üsulları izah edilib. Təlimi uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib. Məlumat üçün bildirək ki, layihə çərçivəsində “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış”, “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlər keçiriləcək, “Yenimedia.press” saytı Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənmək üçün domen və hostinqi yenilənəcək, həmçinin layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materialların toplandığı kitabça çap ediləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info