“Bakı-Tbilisi-Qars layihəsi bölgənin taleyini dəyişəcək“
Tarix: 23.05.2017 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmir yolunun inşası sona yaxınlaşır”.
 
Bu sözləri Gürcüstanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım həmkarı Georgi Kvirikaşvili ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, layihənin nəticələnməsini görməkdən çox məmnun olduğunu bildirib: “Qafqazdan Orta Asiyaya və Uzaq Şərqə, digər tərəfdən isə Anadolu vasitəsilə Avropa və Londona uzanacaq bu ortaq dəhliz tarixi İpək Yolunun vacib hissələrindən biri olacaq. Strateji anlamda bölgə üçün çox önəmli layihədir. Yaxın bir neçə ay ərzində açılışı birlikdə həyata keçirəcəyik. Layihə 3 ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq. Layihənin əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı Türkmənistan, Qazaxıstan, Çin  və digər tərəfdən Avropa və Balkan ölkələri də layihəyə qoşulacaq. Bu, bölgənin taleyini dəyişəcək”.

G. Kvirikaşvili qeyd edib ki, BTQ son dərəcə vacib və strateji əhəmiyyətə malik bir layihədir: “Bu layihənin əhəmiyyəti regional çərçivədən kənara çıxır. Bir neçə gün əvvəl Pekində bu mövzuda tədbir keçirildi. Türkiyə prezidenti bu layihənin İpək Yolunun vacib bir elementi olduğunu dedi. Dəmir yolunun həyata keçirilməsi istiqamətində Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı davam etdiririk. Öz tərəfimizdən bu layihənin reallaşması üçün əlimizdən gələni edirik. Test səfərləri yay aylarında olacaq. Payızda dəmir yolu işə düşəcək”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info