İTV-nin yeni baş direktoru əsas planlarını açıqlayıb
Tarix: 23.04.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. İTV Yayım Şurası yeni sədri açıq debat yolu ilə seçib. İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli deyib ki, seçki 8 şura üzvünün iştirakı ilə keçirilib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 iddiaçı - Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib. Seçki başlamazdan əvvəl İTV-nin baş direktoru vəzifəsinə namizədlər öz platformalarını təqdim ediblər. Namizədlərdən Şamil Şəfiyev deyib ki, İTV-nin baş direktoru olmaq istəməsində əsas niyyəti cəmiyyətin milli şüurunun formalaşmasında yaxından iştirak etməkdir. Emin Hüseynli isə qeyd edib ki, seçkinin belə tələsik keçirilməsi düzgün deyil: “Hesab edirəm ki, seçki təxirə salınmalıdır”. Emin Hüseynlinin bu təklifi səsə qoyulub. Yayım Şurasının üzvləri tərəfindən təklif qəbul edilməyib. Cəmil Quliyev isə qeyd edib ki, İTV-nin baş direktoru seçilərsə, azərbaycançılıq ideyalarını, konstruktiv dialoq və professionallığı əsas götürəcək. Bu işdə İTV-nin çox böyük rolu ola bilər. O, “Mədəniyyət kanalı”ndan İTV-yə keçmək istəməsinin səbəbinə də aydınlıq gətirib: “İctimai TV-nin cəmiyyətə nüfuz etmək baxımından imkanları daha genişdir. Mənim əsas niyyətim insanların milli şüurunu, bədii zövqünü qorumaqdır. Televiziya cəmiyyətin zövqünü formalaşdıran əsas qurumdur. Mədəniyyət, incəsənət sahəsində, gənclərin təlim-tərbiyəsində yeni addımlar atmağa çalışacağam”. Nicat Mustafayev isə bildirib ki, İTV yaranandan həmin televiziyada çalışıb: “Bölgələrdən xəbərlərin sayının artmasına çalışaram. Qanunda İTV-nin əlavə qazanc əldə etməsi baxımından yaxşı imkanlar nəzərdə tutulub”. MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə İTV-nin baş direktoru vəzifəsinə seçkilərin tələsik keçirilməsi ilə bağlı irada münasibətini bildirib: “MTRŞ-nın əsas işi İTV-nin baş direktoru seçilməsinə hüquqi nəzarəti həyata keçirməkdir. Əgər İsmayıl Ömərov bu seçkiyə qatılardısa, biz seçkini bir qədər uzadardıq. Amma o, seçkidə iştirak etmədiyindən biz seçkini tezləşdirmək qərarına gəldik”. Daha sonra Yayım Şurasının üzvləri tərəfindən İTV-nin yeni baş direktorunun seçilməsi prosesi keçirilib. Yayım Şurasının qərarı ilə Cəmil Quliyev İTV-nin yeni baş direktoru seçilib. Cəmil Quliyev jurnalistlərə açıqlamasında bunları bildirib: “Biz çalışacağıq ki, İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyətə, incəsənətə geniş yer verilsin. Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə teatr, kino deyil, ümumiyyətlə, bu məfhum cəmiyyəti idarə etməlidir”. C. Quliyev İTV-də kadr islahatları olub-olmayacağına da münasibət bildirib. O qeyd edib ki, bunu zaman göstərəcək: “Peşəkarlıq məsələsi əsas götürüləcək. Çünki televiziya elə bir məfhumdur ki, burada peşəkarlar çalışmalıdırlar. Onlar sağlam düşüncəli və mədəni insanlar olmalıdır”. O qeyd edib ki, “Mədəniyyət kanalı” öz fəaliyyətini davam etdirəcək: “Yəqin ki, ora yeni rəhbər seçiləcək. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında isə icraçı katibəm. Bu fəaliyyəti davam etdirəcəyəm”.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info