Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 50-yə çatıb
Tarix: 23.05.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər



Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub. “RİA Novosti” agentliyinin xəbərinə görə, bundan əvvəl 19 yaşlı gənc qvardiyaçıların açdığı atəş nəticəsində həyatını itirib. Beləliklə ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Nigeriyada silahlılar 37 nəfəri öldürüb
21.07.2019
Dunay çayı antibiotiklərlə çirkləndirilib
21.07.2019
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info