“Ayaks”- “Mançester Yunayted” dueli
Tarix: 23.05.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Bu gün bütün Avropanın diqqəti Stokholma yönələcək. İsveç qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının final oyununa ev sahibliyi edəcək. Kuboku başı üzərinə qaldırmaq, eyni zamanda Çempionlar Liqasının qrupuna vəsiqə uğrunda Hollandiya “Ayaks”ı ilə İngiltərə “Mançester Yunayted”i mübarizə aparacaq. Bu matç komandalar arasında 5-ci dueldir. Belə ki, indiyədək rəqiblər 4 dəfə üz-üzə gəlib. 1976/77 mövsümündə UEFA kubokunun 1/32 finalında Mançester təmsilçisi mərhələ keçən tərəf olub – 2:0, 0:1. 2011/12 mövsümündə də amsterdamlılar qarşılaşmalardan məyus ayrılıb. Avropa Liqasının 1/16 finalında hər iki komanda səfərdə qələbə qazansa da, ingiltərəlilər sevinib – 1:2, 2:0. Hər komandanın iki qələbə qazandığı 4 matçda “Mançester Yunayted” iki dəfə mərhələ adlayıb. İngiltərəlilər 5 qol vurubsa, “Ayaks” yalnız 3 dəfə fərqlənib. Amsterdam təmsilçisi hər iki oyunda minimal fərqlə qalib gəlibsə, məğlubiyyətləri iki topla ölçülüb. İndiyədək heç-heçə etməyən rəqiblər ilk dəfə neytral meydanda üz-üzə gələcək. Qarşılaşma öncəsi hər iki komandanın baş məşqçisinin problemləri var. Hollandiyalıların çalışdırıcısı Peter Bos iki futbolçunun xidmətindən məhrumdur. O, zədəli Deyli Sinkqraven və yarımfinalda qırmızı vərəqə alan Nik Virqeverə güvənə bilməyəcək. Mançesterlilərin “sükanı arxası”nda olan Joze Mourinyonun da problemləri başından aşır. Roxo, Lük Şou, Eşli Yanq, Timoti Fosu-Mensa və Zlatan İbrahimoviçin zədəli olması İngiltərə klubunun işini çətinləşdirir. Erik Bayi isə qırmızı vərəqə aldığından cəzalı durumdadı. Oyun hər iki komanda üçün Çempionlar Liqasının qrupuna düşmək baxımından da önəmlidir. İngiltərə çempionatında uğursuz çıxış edib, yalnız Avropa Liqasına vəsiqə qazanan Mourinyonun komandası daha sanballı turnirdə oynamaq üçün mütləq qələbə qazanmalıdır. “Ayaks” isə qitənin ən nüfuzlu klub turnirində oynamağı rəsmiləşdirib. Amma mübarizəyə III təsnifat mərhələsindən başlamalı olan Bosun komandası iki raunddan azad olmaq üçün Avropa Liqasını qazanmalıdır. Tarixinin 10-cu finalına yüksələn Amsterdam klubu 21 ildən sonra kubokun bir addımlığındadır. Yalnız bir dəfə - 1992-ci ildə qazandığı UEFA kubokunu yeni adı ilə yenidən qazanmağa iddialı hollandiyalılar kimi “Mançester Yunayted” də həsrətə son qoymaq niyyətindədir. Sonuncu finalı 8 il öncə baş tutan ingiltərəlilər heç vaxt qazanmadığı turnirdə ilkə imza atmağa köklənib. Digər qitə miqyaslı kubokları başı üzərinə qaldıran klubun muzeyində yalnız Avropa Liqası çatışmır. “Ayaks” bütün kubokları qazanan azsaylı komandalardandır. Qeyd edək ki, “Ayaks” – “Mançester Yunayted” görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info