“Region gənclərinin ictimai-siyasi fəallığı artıb”
Tarix: 23.04.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Eldar Xəlilov: “Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir”

“Gəncliyə dəstək” İctimai Birliyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na (2005-2009-cu illər) daxil edilmiş uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması vəzifələrindən yararlanaraq 2006-cı ildə Zərdab rayonunda təsis edilib. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın məqsədi gənclərin mənəvi və fiziki inkişafına kömək etmək, onların səylərini, bilik və bacarıqlarını, enerjisini, sivil, sağlam və demokratik cəmiyyətin qurulmasına yönləndirməkdən ibarətdir. “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov qəzetimizə müsahibəsində qısa müddət ərzində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün gördükləri işlərdən danışdı.
- Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı şəraitdən razısınızmı?
- Bu gün dövlətin apardığı gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Sadəcə son dövrlər cənab Prezident İlham Əliyev tərəfindən sərəncamla qəbul edilmiş iki Dövlət Proqramının icrası nəticəsində həyata keçirilən tədbirləri sadalamaq kifayət edər ki, yaradılmış imkanlar görünsün. “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”na uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb və Bakıda Gənclər Mərkəzinin, regionlarda isə Gənclər evinin inşa edilməsi üçün müvafiq addımlar atılıb. Artıq 12 rayonda, o cümlədən Zərdab rayonunda da gənclər evləri fəaliyyət göstərir. Bundan başqa 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
- Region gəncləri hansı ictimai-siyasi fəallıq göstərirlər?
- Gənclərimiz cəmiyyətin bütün sahələrində fəallıq göstərirlər. Son illər həyata keçirilən tədbirlər region gənclərinin də hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, hüquqi-təşkilati şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.
Təkcə bu tədbirlərdən biri olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Prezident yanında Gənclər Fondu yaradılmasını göstərmək olar ki, onun da məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması ilə yanaşı, gənclərin ictimai fəallığının artırılmasıdır.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- Mən inanıram ki, belə gənclər azdırlar. Gənclər başa düşməlidirlər ki, belə gənclər bəzi antimilli qüvvələrin əllərində oyuncaq olublar. Dövlətimizin dünya birliyinə uğurla inteqrasiyası, Qarabağ kimi böyük dərdimizin olduğu, regional dövlətlərin Azərbaycana olan maraqlarının fəallaşdığı bir dövrdə belə təsir onların özlərindən başqa heç kimə zərər gətirməyəcək. Mən üzümü həmin gənclərə tutub deyirəm ki, dünyada gedən prosesləri dərindən təhlil edib addım atsınlar. Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində iş aparmaq əvəzinə onların beyinlərini dövləti parçalamaq kimi ideyalarla dolduran qüvvələr elə birinci addımda onların arxalarında durmurlar. Bu faktı gənclərimizin diqqət mərkəzində saxlamağını çox istərdim.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Birmənalı olaraq deyə bilərəm ki, maarifləndirmə daim aparılmalıdır. Lakin maarifləndirmə təkcə televiziya və media vasitəsilə aparılmamalıdır. Zənnimizcə, gənclərin maarifləndirilməsinin effektli olması üçün gənclərin özlərinin iştirakı daha məqsədəuyğundur. Bunun üçün də konstruktiv mövqe tutan, gənclərin, dövlətçiliyimizin inkişafı üçün fəaliyyət göstərən gənclər təşkilatlarının bu yöndə fəalliyyəti daha effektli və təsirli olar. Belə ki, gənclər təşkilatları gənclərə daim daha yaxın olmağı ilə yanaşı, onların problemlərini, asudə vaxtlarının səmərəli keçirilməsini, bilik və bacarıqlarının artırılmasını və digər məsələləri gənclərin iştirakı ilə daim gündəmə gətirir və bunların həll yollarını axtarır. Bununla yanaşı, mən gənclərimizə tövsiyə edirəm ki, onlar hansısa qurumlara, təşkilatlara qoşularkən diqqətli olsunlar, yaxşı götür-qoy etsinlər. Çünki Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir. Gəncliyimiz doğru yolda olmalıdır ki, Azərbaycan doğru gələcəyə getsin.
Fuad HÜSEYNZADƏ





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info