Regionda üçtərəfli təhlükəsizlik formatı
Tarix: 24.05.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Üçtərəfli əməkdaşlıq regional təhlükəsizlik, layihələrin birgə mühafizəsi və regionda sabitlik baxımından əhəmiyyətlidir

Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açaraq ölkələrimiz arasındakı əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb.
Levan İzoria Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib. Türkiyənin milli müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan dövləti dünyada separatizmə və terrora qarşı çox sərt mövqe nümayiş etdirir. Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi ölkələrdə sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə qarşı təhdiddir. Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır. Nazir Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib. Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında protokol imzalanıb


Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək. İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Sonda görüşün birgə protokolu imzalanıb. Sonra hər üç nazirin iştirakı ilə mətbuat konfransı keçirilib. Batumidə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Fikri İşık arasında görüş olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi qeyd olunub. Zakir Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətlərinin bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Türkiyə dövlətinin də dostluq və qardaşlıq əlaqələrimizin inkişafına eyni münasibətinin olmasından məmnunluğunu ifadə edib. Fikri İşık Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Nazir Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib. Söhbət zamanı hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsildə təcrübə mübadiləsi, birgə hərbi təlimlərin keçirilməsi, regionda və dünyada gedən proseslər, separatizmə və terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Tbilisidə hökumət əleyhinə aksiya yenidən başlayıb
24.06.2019
Şarmazanov: “Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsi Ermənistan üçün ciddi problemlər yarada bilər”
24.06.2019
Putindən qəfil əmr: ordu döyüş təlimlərinə başladı
23.06.2019
Qriqori Derluqyan: “Bu gün Ermənistan iqtisadiyyatı SSRİ-nin sonlarında olan səviyyədən də aşağıdır”
23.06.2019
Dağıstanda İŞİD tərəfdarları zərərsizləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info