Balkanlarda yeni cəbhə açılır
Tarix: 24.05.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


ABŞ, Rusiya və Avropa İttifaqının Balkan ölkələrində apardığı mübarizə “barıt çəlləyi”ni partlada bilər

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bu həftə Balkan ölkələri liderlərini bölgədəki vəziyyəti müzakirə etmək üçün Brüsselə dəvət edib. Bu gün Balkan ölkələri 1990-cı illərdəki müharibədən bəri ən ciddi böhran günlərini yaşamaqdadır. Demək olar ki, bölgə ölkələri yeni münaqişənin astanasındadır. Bütün bu yaşananlar, Avropa İttifaqını bu ərazilərə xüsusi diqqət ayırmağı tələb edir.
Avropanın bəzi siyasətçiləri isə açıq şəkildə Balkanlarda ehtimal edilən qan axını qarşısının alınması yolunu həmin dövlətlərin Avropa İttifaqına inteqrasiyasında görürlər. Xatırladaq ki, siyasətçi xanım Balkan ölkələrinin liderlərini Brüsselə dəvət etməmişdən bir müddət əvvəl, yəni bu ilin martında özü 6 Balkan dövlətinə səfər etmişdi. İndi isə həmin liderlərin Brüsselə dəvəti mart görüşünün davamı kimi də dəyərləndirilir. Qeyd edilməlidir ki, Avropa İttifaqı tərəfindən Balkanlara məhz indi diqqət ayrılması təsadüfi deyil. Hələ 2003-cü ildə Salonikdə keçirilən sammitdə Avropa İttifaqı Balkan dövlətlərini öz sıralarına qəbul edəcəyi barədə vəd vermişdi. Bildirməliyik ki, Avropa liderlərinin belə bir addım atmasının başlıca məqsədi öz ərazilərini Balkanlarda olan “barıt çəlləyi”ndən qorumaqdır. Daha doğrusu, Aİ bununla münaqişələrlə qarşısını almağı hesablamışdı. Hazırda ciddi problemləri ilə üz-üzə qalan Avropa İttifaqı Balkan dövlətlərini də öz siyasətlərinə qatmağa çalışırlar. Avropa İttifaqı Balkan müharibələrindən əvvəl bu ölkələrin ərazisini öz sıralarına qatmağa çalışırdı. Yeri gəlmişkən, bu məsələdə ABŞ da unudulmamalıdır. Son aylar ABŞ Dövlət Departamentinin Balkanlar üzrə kuratoru Xoyt Brayan bir neçə dəfə bölgədə səfərdə olaraq böhranlara vasitəçilik missiyası təklif edib. Bu diqqətin nəticəsdir ki, ötən həftə Balkanlardakı vəziyyətlə bağlı məsələ Konqresin beynəlxalq məsələlər üzrə Alt Komitəsində müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edən amerikalı kurator açıq şəkildə bəyan edib ki, ərazidə gərginlik yenidən artmaqdadır. Qeyd edilməlidir ki, Balkanlardakı vəziyyətlə bağlı Rusiya Xarici İşlər Nazirliyi də narahatlıq nümayiş etdirməkdədir. ABŞ və bir sıra Avropa İttifaqı ölkələri Rusiyanı Balkanlarda gərginliyi artırmaqda ittiham etsələr də, Moskva Qərbi birbaşa olaraq onun üçün “arzuolunmaz rejimləri dəyişdirmək və rəngli inqilablarda” ittiham edir. Belə görünür ki, Rusiya ilə Qərb arasında köhnə-təzə cəbhə-Balkan cəbhəsi açılır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info