QHT-lər üçün əlverişli mühit yaradılıb
Tarix: 24.05.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi, ölkəmizin Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatında fəaliyyəti müzakirə edilib
Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Azərbaycana səfərə gələn nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə Açıq Hökumət Platforması üzvü QHT-lər, qurumda təmsil olunan Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Milli Məclisin deputatı, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru Vüsal Hüseynov iştirak edib. Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan 2011-ci ildə Beynəlxalq Açıq Hökumət Təşəbbüsünə (AHT) qoşulan ilk ölkələrdən olub. Azərbaycan hökuməti AHT-dən irəli gələn islhatların həyata keçirilməsi üçün iki milli fəaliyyət planı qəbul edib: “Vətəndaş cəmiyyəti Açıq Hökumətin təşviqi üzrə 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının hazırlanmasında fəal iştirak edib, ictimai dinləmələrin təşkilatçısı olub. Vətəndaş cəmiyyətinin əksər təklifləri nəzərə alınıb. 9 sentyabr 2016-cı il tarixdə MFP-yə uyğun olaraq, 31 QHT təmsilçisi və 9 dövlət qurumu və parlament təmsilçisinin və iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platformanın məqsədi Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək verilməsi, hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsidir. Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir . Ə.Nuriyev bildirib ki, quruma üzvlük açıqdır və davamlı olacaq. Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri Platformaya üzv ola bilərlər. Platformanın fəaliyyəti barədə məlumat verən Ə.Nuriyev qeyd edib ki, QHT-lər üçün əlverişli mühitin yaradılması məqsədi ilə hökumətlə daimi müzakirələr aparılır. Bu istiqamətdə konkret addımlar atılıb. Platformanın təklifləri nəzərə alınıb. Bunlarla yanaşı, QHT-lərin üzləşdikləri problemlər də həll edilib. Platforma Azərbaycan iqtisadiyyatının inkişafı üzrə “Strateji yol xəritələri”nin hazırlanmasında iştirak edib. AHT-nin regionlarda tətbiqinə dəstək verilməsi məqsədilə QHT-lər və dövlət qurumlarının iştirakı ilə Sabirbad, Saatlı, İmişli rayonlarını əhatə etməklə Yerli Səviyyəli Açıq Hökumət Platforması yaradılıb. Hazırda QHT-lər üçün əlverişli mühit yaradılması ilə bağlı hökumətlə konsultasiyalar davam etdirilir və müvafiq təkliflər təqdim edilib. Platforma bu istiqamətdə ardıcıl işləyir. Açıq Hökumət Tərəfdaşlığının 2016-cı il may ayında Azərbaycanın statusunun tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilməsi ilə bağlı qərarını xatırladan Platforma koordinatoru ölkəmizin tövsiyələri icra etdiyini vurğulayıb. Qeyd edib ki, vətəndaş cəmiyyəti Azərbaycanın tamhüquqlu üzv statusunun bərpa olunmasını vacib hesab edir: “AHT vətəndaş cəmiyyəti üçün çox mühümdür. Bu təşəbbüs hökumətlə yeni əməkdaşlıq, dialoq imkanları təqdim edir. Hökumət də müvafiq müsbət addımlar atmaqdadır. Bu baxımdan, Azərbaycanın statusunun bərpasına çağırırıq”. Ə.Nuriyev diqqətə çatdırıb ki, Azərbaycandakı vəziyyətlə bağlı müxtəlif mənbələrdən məlumat almaq vacibdir. Çünki bir mənbədən alınan məlumatlar vəziyyəti düzgün əks etdirmir. Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatında Vətəndaş cəmiyyəti iştirakı məsələləri üzrə direktor Paul Massen qeyd edib ki, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı çox çətin qərar verib. Bu qərar Azərbaycanın təşkilatdan uzaqlaşdırılması yox, AHT-nin tətbiqi ilə bağlı daha geniş islahatlara təşviqi məqsədilə verilib. P.Massen qeyd edib ki, son bir ildə Azərbaycan hökuməti tövsiyələrin icrası ilə bağlı əhəmiyyətli addımlar atıb: “Platformanın yaradılması çox böyük uğurdur. QHT qanunvericiliyinə dəyişikliklər istiqamətində işlər görülüb. Bu barədə məlumatlıyıq. Azərbaycanla bağlı qərar iyun ayında veriləcək. Hökumət-vətəndaş cəmiyyəti dialoqu çox mühümdür. Biz bunu təşviq edirik”. Müzakirələrdə Platforma üzvlərinin əksəriyyəti çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında statusunun bərpası Azərbaycan vətəndaş cəmiyyəti üçün çox vacibdir. Vətəndaş cəmiyyəti bu imkanlardan yararlanmaq istəyir. Çıxışlar zamanı Platforma üzvləri Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında statusunun bərpasına çağırıblar.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info