TUMİB rəhbərliyi Tovuzda gənclərlə görüş keçirdi
Tarix: 24.05.2017 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasını Tovuz rayonunda davam etdirib. TUMİB rəhbərliyi və Tovuz rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Həsənov  tədbirdən əvvəl rayonun Ağdam kəndinə gedərək, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailə üzvlərilə görüşüb, sonra isə şəhid hərbçimizin məzarını ziyarət ediblər. Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbir iştirakçıları sonra dövlət himnimiz canlı canlı ifa ediblər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihə barədə məlumat verib. Bildirib ki, TUMİB Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda və regionlarda gənclərin iştirakı ilə görüşlər keçirir: “Bu görüşlərin məqsədi qəhrəmanlarımızı təbliğ etmək, onların keçdikləri şərəfli ömür yolu barədə yeniyetmə və gənclərimizə ətraflı məlumat verməkdir”. Ç.Bayramov öz çıxışında qeyd edib ki, qəhrəmanlıq etmək, adının tarixin səlnaməsinə yazılmasına nail olmaq Vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusunda kök atır. Ulu öndər Heydər Əliyev deyib: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Tədbirdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov, TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və Qovlar şəhər İcra Nümayəndəsi Oruc Binnətov və başqaları çıxışedərək, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində gənclər təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıblar. Qeyd ediblər ki, adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş qəhrəman oğul və qızlarımızı təbliğ etməklə milli dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirmək mümkündür.
Natiqlər çıxışlarında bildiriblər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, vətənpərvər ruhda yetişmiş Azərbaycan gəncləri 2016 –cı ilin aprel ayındakı döyüşlərdə erməni işğalçılarına qarşı göstərdikləri şücaətləri ilə tariximizdə yeni qəhrəmanlıq səhfəsi açdılar.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info