Anuş Levonyan: «Kerrinin açıqlamaları erməni təşkilatlarının narazılığına səbəb olub»
Tarix: 23.04.2013 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


«Türkiyənin «konstruktiv» rol oynadığını deməklə, ABŞ-ın da həmsədr olduğu Minsk qrupunun «qeyri-konstruktiv» fəaliyyət göstərdiyi etiraf edilir»

«Məhz Azərbaycan tərəfinin güclü təzyiqi nəticəsində Sürix
protokollarının ratifikasiyası baş tutmadı və hesab etmək olar ki, proses pozuldu»


Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin bir ay ərzində Türkiyəyə 3 dəfə səfər etməsi Ermənistan tərəfində ciddi qıcıq yaradıb. Həmin səfər çərçivəsində aparılan danışıqlarda Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə edilməsi səfərə olan marağı daha da artırıb. Kerrinin büdcə müzakirələri çərçivəsində Konqresdə etdiyi çıxış və konqresmenlərin suallarına verdiyi cavablar da ermənilərin narahatlığına səbəbə olub. Yaxın Şərq və Qafqaz regionunda Vaşinqtonun siyasəti ilə bağlı sualı cavablandıran Kerri bildirib ki, bu məsələdə Ankara ilə ABŞ arasında çox yaxşı əməkdaşlıq formalaşıb.
O, bildirib ki, Yaxın Şərqdə sülhün təmin olunmasında Türkiyə vacib rol oynayır. Kerrinin həmin çıxışını dəyərləndirən erməni ekspert Anuş Levonyan yazır ki, Kerrinin çıxışında səsləndirdiyi fikilərdə sensasiya yoxdur. Ekspert bunu Ankara və Təl-Əvivin Vaşinqtonun Yaxın Şərq siyasətində onlara tapşırılan rolu, sözsüz, yerinə yetirmələri ilə izah edir. Erməni eksperti narahat edən başqa məqamdır: «Sensasiya odur ki, Kerri ABŞ-ın danışıqlar apardığı Türkiyənin Kipr və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində «aparıcı» və «konstruktiv» rol oynadığını bildirib. Bu açıqlama təbii olaraq Amerikadakı erməni təşkilatlarının narazılığına səbəb olub. Amerikadakı Erməni Milli Komitəsinin rəhbəri Aram Amparyan bildirib ki, Kerrinin açıqlamaları «odun üstünə benzin tökməyə» bənzəyir. Məlum olduğu kimi Ankara dondurulmuş Ermənistan-Türkiyə münasibətlərinin bərpası üçün erməni tərəfinin Qarabağ məsələsində güzəştə getməsini istəyir ki, bu da İrəvana sərf etmir. Ona görə də Türkiyə tərəfinin vasitəçiliyi «konstruktiv» ola bilməz. Digər tərəfdən bir müddət əvvələ qədər Kerri Ermənistan lobbi qrupuna daxil olan senatorlardan biri idi. Buna görə də o, regional situasiya və siyasəti yaxşı bilir. Təbii ki, dövlət katibi kimi o, ermənipərəst fəaliyyət göstərə bilməz. Amma bu, o demək deyil ki, onun mövqeyi birdən-birə bu qədər dəyişməlidir. Axı Türkiyənin «konstruktiv» rol oynadığını deməklə, ABŞ-ın da həmsədr olduğu Minsk qrupunun «qeyri-konstruktiv» fəaliyyət göstərdiyi etiraf edilir. İstisna deyil ki, Kerrinin bu sözlərinin arxasında aydın olmayan məqamlar var. Məlum olduğu kimi, 2009-cu ildə Ermənistanla Türkiyə arasında Sürix protokolları imzalanarkən ABŞ münasibətlərin düzəlməsi üçün lobbiçilik edirdi. Buna baxmayaraq, məhz Azərbaycan tərəfinin güclü təzyiqi nəticəsində bu sənədlərin ratifikasiyası baş tutmadı və hesab etmək olar ki, proses pozuldu. Vaşinqton bütün imkanlardan faydalanaraq münasibətləri düzəltməyə cəhdlər edir. Ermənistanın blokadasının qalması şərti ilə olsa belə, diplomatik münasibətlərin bərpa edilməsinə, birtərəfli quru sərhədinin açılmasına, «xalq diplomatiyasının» bərpa edilməsinə çalışır. Amma bu istəklərin heç biri həyata keçmir. Prezident Obama senator olarkən dəfələrlə bildirmişdi ki, «erməni soyqırımı»nın olması onda heç bir şübhə doğurmur. Amma prezident olduqdan sonra bunu dilinə gətirmədi. Çünki bu, Türkyiə ilə münasibətlərə ciddi zərbə ola bilərdi». Erməni ekspert daha sonra məsələni bir qədər fərqli yöndə şərh edərək qeyd edir ki, 2015-ci ildə «erməni soyqırımı»nın 100 illiyi gəlir. Simvolik də olsa, həmin il beynəlxalq aləm «soyqırımı» tanıya bilər. Bundan qaçmaq üçün Ankara və Vaşinqton birgə fəaliyyət göstərirlər ki, həmin vaxta qədər Türkiyə-Ermənistan münasibətlərini diplomatik səviyyədə bərpa edə bilsinlər. Müəllifə görə, Kerrinin «Türkiyənin regionda konstruktiv rol oynaması» ilə bağlı səsləndirdiyi fikir də elə bu məqamı əks etdirir.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info