BDAT İzmirdə tədbir keçirib
Tarix: 24.05.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Türkiyədəki xüsusi koordinatoru Gürsəl Özdəmirin rəhbərliyi və təşkilatçılığı altında tədbir həyata keçirilmişdir. Belə ki, bu tədbir silsilə olaraq hər il Türkiyənin İzmir şəhərində baş tutmaqdadır. Bu il də tədbir öz ənənəvi ardıcıllığını davam etdirmişdir. Gürsəl Özdəmir Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Türkiyədəki xüsusi koordinatoru olmaqla yanaşı həm də “İzmir İğdır Dərnəkləri Federasiyasının” rəhbəridir. Bu federasiyanın məqsədi İzmir və İğdır şəhərlərində yaşayan Azərbaycan əsilli türklərin həmrəyliyinə nail olmaq, və onları ümumilikdə federasiya tərkibində birləşdirmək, Azərbaycanın haqq səsini Türkiyənin rəsmi dairələrinə çatdırmaq və soydaşlarımız arasında iş adamlarının, mədəniyyət və ictimai sahələrdə çalışan insanların Azərbaycan naminə atdığı addımlarını bütün Türkiyədə işıqlandırmaqdır. Qeyd edək ki, tədbir əsnasında Gürsəl Özdəmirin anası səhhətilə əlaqədar çox ciddi bir əməliyyat keçirmişdir. Lakin buna baxmayaraq o bütün səylərini və gücünü toplayaraq tədbirin həyata keçirilməsində əvəzsiz işlər görmüşdür. Tədbirdə 3000-dən yuxarı Azərbaycan əsilli türk ailələri və bir qrup Türkiyə rəsmiləri iştirak etmişdir. Füsünkar təbiətli istirahət mərkəzində keçirilmiş bu tədbir federasiya tərəfindən əvvəlcədən kirayə edilmiş və soydaşlarımızın mənalı istirahətinə eləcədə Azərbaycan əsilli ailələrin bir-birilə sıx ünsiyyətdə olmasına səbəb olmuşdur. Tədbirdə iştirak edən soydaşlarımız Azərbaycanın əsrarəngiz musiqi sədaları altında rəqs etmiş, şeir söyləmiş maraqlı və yadda qalan istirahət günü keçirmişdir. Belə tədbirlərin həyata keçirilməsi vacib və ən gözəl əməllərdən biridir. Çünki bu səpkidə olan tədbirlər həmyerlilərimizin fikir mübadiləsi aparmasında, ümumi rəyin formalaşmasında, hər hansı bir hadisəyə münasibət bildirilməsində və müzakirələrin aparılmasında səmərəli fayda verməkdə vasitəçi olur.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info