ƏƏSMN və KİVDF jurnalistlər üçün yazı müsabiqəsi elan edib
Tarix: 24.05.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün yazı müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətinin, habelə proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.
Müsabiqənin mövzusu mövzusu isə "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn”dir.
Yazıların qəbulu 25 may 2017-ci il tarixdə başlayır, 05 iyul 2017-ci il tarixdə başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qaliblər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
2 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
5 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info