Bir qrup din xadimi mükafatlandırılıb
Tarix: 24.05.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda bir qrup din xadimi mükafat və medallara layiq görülüb. Mükafatlar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayı münasibəti ilə bağlı keçirilən tədbirdə Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təqdim olunub.
 
Əvvəlcə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən QMİ Qazılar Şurasının sədri, ilahiyyatçı-alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatı verildiyi elan edilib, bu münasibətlə V. Məmmədəliyev A. Paşazadə tərəfindən də mükafatlandırılıb.
 
Sonra QMİ Qazılar Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazısı Hacı Barat Bağırov vətənə layiqli xidmətinə görə “Müharibə veteranı” adına layiq görülüb. 
 
QMİ-nin Qazılar Şurasının üzvü, idarənin Bərdə bölgəsi üzrə qazısı Hacı Ramazan Hüseynov və idarənin Tərtər rayon Cümə məscidinin axundu Hacı Sadiq Cəfərov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, veteranların şəhid ailələrinin sosial problemlərinin yaxından həllində iştirakına görə “Fədai” medalı ilə təltif ediliblər.  
QMİ-nin Beyləqan rayon “Cərciz Peyğəmbər” ziyarətgahının axundu Həci Mirsəcad İmranov isə “Vətən Naminə” medalı ilə təltif olunub.
Tədbirdə QMİ sədri bir sıra məsələlərə də toxunub. O deyib ki, axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə xəbərdarlıq edib. Şeyxülislam bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır: “Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm”.
Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrə toxunmamaqla bağlı da xəbərdarlıq edib. 
O din xadimlərinə istər mətbuata açıqlamalarda, istərsə də xütbələrdə Azərbaycandan başqa, digər ölkələrdəki hər hansı problem barədə danışmamaq tapşırığını verdiyini bildirib. 
O qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə qəti diqqətli olmalıdırlar: “Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info