İsrail səfiri Naxçıvan Muxtar Respublikasında
Tarix: 24.05.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, səfir əvvəlcə Naxçıvan Dövlət Universitetində olub, ali təhsil ocağının beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüşüb. Dan Stav İsrail-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında olan qonağa məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. 2015-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi xəstəxanada, ümumilikdə, 300 çarpayıdan ibarət 14 stasionar şöbə var. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da yaradılıb. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları fəaliyyət göstərir.
“AKİ Əczaçılıq Anbarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olan səfirə müəssisə haqqında ətraflı məlumat verilib.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info