NATO-nun yeni mənzil-qərargahı 1 milyard avroya başa gəlib
Tarix: 25.05.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Belçikanın Baş naziri Şarl Mişel Brüsseldə NATO-nun sammitinin keçiriləcəyi gün alyansın yeni mənzil-qərargahının açarlarını Yens Stoltenberqə təhvil verəcək. Mərasim elə həmin gün alyansın sammitinin keçiriləcəyi NATO-nun yeni binasının rəsmi açılışı ilə əlaqədardır. Diplomatik mənbələrin məlumatına əsasən, əməkdaşların yeni mənzil-qərargaha tam miqyaslı köçürülməsi ilin sonunda başa çatacaq. Hazırda yeni binada Şimali Atlantika Blokunun mənzil-qərargahının 4 mindən artıq əməkdaşından yalnız 300 nəfəri işə başlayıb. Xatırladaq ki, NATO-nun mənzil-qərargahı 1967-ci ildə, Fransanın alyansın hərbi strukturundan çıxmaq barədə qərarından sonra Brüsselə köçürülüb. 30 il sonra NATO-nun binasının genişləndirilməsinə ehtiyac yaranıb. 1999-cu ildə alyansın dövlət və hökumət başçıları Vaşinqtonda keçirilən sammitdə yeni mənzil-qərargahının tikilməsi barədə razılığa gəlib. Şüşə və metal konstruksiyadan ibarət yeni bina 41 hektarlıq ərazidə inşa olunub. Binanın tikintisi və mənzil-qərargahın köçürülməsi ilə birgə proqramın ümumi dəyəri 1 milyard avro həcmində qiymətləndirilir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info