ABŞ İraq və Suriyada əməliyyat xərclərini artırmaq niyyətindədir
Tarix: 25.05.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


ABŞ administrasiyası Müdafiə Nazirliyinin 2018-ci maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) büdcə layihəsini Konqresə təqdim edib. Layihə İraq və Suriyada əməliyyat xərclərinin artırılmasını, Əfqanıstanda isə azaldılmasını nəzərdə tutur. Sənədə əsasən, “Sarsılmaz qətiyyət” əməliyyatına (Inherent Resolve) və onunla əlaqəli digər əməliyyatlara 13 mlrd. dollar vəsait ayırmaq planlaşdırılır. Bu ötən ilin müvafiq göstəricindən 1,1 mlrd. dollar çoxdur. Qeyd edək ki, İŞİD-ə qarşı “Sarsılmaz qətiyyət” əməliyyatı ABŞ və müttəfiqləri tərəfindən 2014-cü ildən İraq və Suriya ərazilərində aparılır. Bununla belə, ABŞ “İŞİD”-lə mübarizə fonduna bundan sonra vəsait ayırmayacaq (cari ildə 2 mlrd. dollar ayrılmışdı). ABŞ-ın Əfqanıstanda “İŞİD” və Taliban hərəkatına qarşı 2015-ci ildən apardığı “Azadlığın keşikçisi” əməliyyatına 45,9 mlrd. dollar ayırmaq planlaşdırılıb. Cari ildə bu göstərici 46,2 mlrd. dollar təşkil edir. Büdcə layihəsində raket əleyhinə müdafiə proqramı üçün 10 mlrd. dollaradək vəsaitin ayrılmasını nəzərdə tutulur. Sənədə əsasən, Raket Əleyhinə Agentlik xətti ilə ayrılacaq 7,9 mlrd. dollar daxil olmaqla, ümumilikdə, raket əleyhinə müdafiə sisteminə 9,9 mlrd dollar ayırmaq planlaşdırılıb. Konqresin hər iki palatası sənədi dəstəklədikdən sonra imzalanması üçün ABŞ prezidentinə təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info