“Milli şura” deyənlərin arxası elə şura hökumətinə bağlıdır”
Tarix: 24.04.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Milli Şura ideyası çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır. Bu barədə “Trend”ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
“Milli şura” sözü eşidəndə mənim yadıma şura hökuməti düşür. Bəlkə onlar şura hökumətini bərpa etmək istəyirlər? Bu “milli şura” deyənlərin arxası elə şura hökumətinə bağlıdır. Ona görə də xalqdan heç bir dəstək ala bilməyəcəklər”-deyə Qurbanlı bildirib.
O qeyd edib ki, yadlara əl açıb, yadlara söykənənlər heç vaxt xalqın məhəbbətini qazana bilməzlər. “Milli şura” haradan çıxdı? Azərbaycan sabit-sakit bir ölkədir, müstəqil bir dövlətdir. Müstəqil bir dövlətdə dövlətçiliyimizin möhkəm olduğu bir vaxtda, hansısa qeyri-qanuni bir qurumun yaradılmasını bəyan etmək, ona hansısa səlahiyyətlər verilməsinə çağırmaq antikonstitusiondur”-deyə Qurbanlı qeyd edib.
Qurbanlı hesab edir ki, bu, mənasız və heç bir məntiqə sığmayan, qanuna sığmayan və başlanğıcdan beşiyində iflasa uğrayan bir hərəkətdir və heç kim onu dəstəkləməyəcək.
“20 ildir ki, Azərbaycan müstəqil bir ölkədir və bu müstəqillik illərində çox böyük təcrübə toplamışıq. Müstəqilliyin ilk illərində müxtəlif qurumlar yaratmaq çağırışlarının da şahidi olmuşuq və bu cür çağırışların da acı nəticələrini görmüşük”-deyə Qurbanlı bildirib.
O vurğulayıb ki, ulu öndərin və Prezident İlham Əliyevin sayəsində Azərbaycan qüdrətli bir ölkəyə çevrilib, Cənubi Qafqazın lideridir. Belə olan bir şəraitdə qarşıdan gələn seçkilər dövründə hansısa qeyri-qanuni bir qurum yaradıb, ona hansısa bir status verib, gələcəkdə antikonstitusion yolla seçkilərdən sonrakı hadisələri dırnaqarası proqnozlaşdırmaq çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır.
“Ona görə də nə Rüstəm İbrahimbəyovun, nə də onun dırnaqarası ideyasının Azərbaycanda pərvəriş tapacağını gözləmək lazım deyil”-deyə Qurbanlı vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info