Amerikalı professor: “UNEC-dəki fəaliyyətimi həyatımda çox önəmli mərhələ hesab edirəm”
Tarix: 25.05.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


UNEC-dəki pedaqoji fəaliyyətini başa vuran tanınmış amerikalı iqtisadçı, alim, professor Bülent Aybarla universitetin professor-müəllim heyəti arasında görüş keçirilib. İnzibati və təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov bildriib ki, UNEC-də keyfiyyətli kadrların hazırlanmasında həyata keçirilən kompleks fəaliyyətin prioritet istiqamətindən biri də nüfuzlu və təcrübəli əcnəbi professor və müəllimlərin universitetdə tədrisə cəlb edilməsidir. Bu istiqamətdə UNEC Avropanın bir çox nüfuzlu universitetləri ilə tələbə-müəllim mübadiləsi həyata keçirir. Son dörd ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak edən müəllimlərin sayı 4 dəfədən çox artıb. ABŞ-ın, Avropanın və MDB məkanının müxtəlif ölkələrinin 20-dən artıq professor və müəllimi isə UNEC-də tədrisə cəlb olunub. Ş.Əsgərov amerikalı professor Bülent Aybarın 4 ay müddətində UNEC-də pedaqoji fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “B.Aybar bir semetr ərzində Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə dərs deyib. Tədqiqat sahəsi əsasən FX Risk və FK risk menecmenti, beynəlxalq bazarlar, beynəlxalq bərabərlik məsələləri, risk xüsusiyyətləri və çoxmilli korporasiyalar olan professor 30 ildən artıq dünyanın bir çox universitetlərində çalışıb. 2006-cı ildən Harvard Universitetində, Cənubi Yeni Hampshire Universitetində pedaqoji fəaliyyət göstərən professor həm də nüfuzlu beynəlxalq təşkilatların üzvüdür”. Bülent Aybar çalışdığı universitetlər sırasında UNEC-in adının olmasından qürur duyduğunu bildirib: ““Fulbright” proqramı çərçivəsində 4 ay ərzində UNEC komandası ilə birlikdə çalışdım. Bu müddətin çox faydalı olduğunu hesab etdiyim üçün UNEC-dəki fəaliyyətimi həyatımda çox önəmli mərhələ hesab edirəm. UNEC-də yeni düşüncələr, perspektivlər əldə etdim. Şahidi oldum ki, müəllim həmkarlarım peşəkar, tələbələr isə bacarıqlıdırlar. Onlarla tanışlıq, fikir mübadiləsi çox səmərəli oldu. Yenidən UNEC auditoriyasında dərs demək fürsəti yaranarsa, bu imkanı mütləq müsbət dəyərləndirəcəyəm. Hələlik isə sosial şəbəkələr vasitəsi ilə həm tələbələrlə, həm də müəllim dostlarımla davamlı əlaqə saxlayacam”. Görüşdə B.Aybar çalışdığı nüfuzlu universitetlərin tədris proqramları və metodları barədə UNEC-in pedaqoji heyətinə ətraflı məlumat verib. Öz təcrübəsini onlarla bölüşən amerikalı professor tələbə-müəllim münasibətlərindən söz açaraq, fəaliyyəti dövründə bu sahədə qarşısına çıxan problemlərdən və onların həlli yollarından danışıb. Tələbələrin fənni auditoriyada daha mükəmməl mənimsəmələrinə yardım edən tədris texnologiyalarından nümunələr göstərib. Görüşün sonunda Bülent Aybara UNEC-də 2016/17-ci tədris ilinin yaz semestrindəki pedaqoji fəaliyyətinə və tədrisə verdiyi dəyərli tövhələrə görə təşəkkürnamə təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Güclü küləyə görə metronun “Elmlər Akademiyası“ stansiyasının çıxışı bağlandı
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info