Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
Tarix: 25.05.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Mançester şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb. Müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar. Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts jurnalistlərə açıqlamasında deyib ki, iki gün əvvəl Mançesterdə terrorçu da daxil olmaqla 22 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Hadisə zamanı 59 nəfər xəsarət alıb və onların içərisində həyati təhlükəsi olanlar var. Qurbanların çoxu günahsız uşaqlar, gənclər və onların ailələridir. “Azərbaycan Prezidenti İlham Əliyev Britaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk. Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq. Terrorizm heç zaman qalib gəlməyəcək, biz qalib gələcəyik. Britaniyanın liberal, plüralistik dəyərləri hər zaman terrorçuların nifrət ideologiyasından üstün olacaq”, - deyə səfir qeyd edib. Kerol Krofts, həmçinin Azərbaycan ictimaiyyətinin nümayəndələrindən çoxlu sayda başsağlığı mesajı aldıqlarını söyləyib və minnətdarlıq ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info