“Ermənistanda cinayətkarlar “beşinci hakimiyyət”dir”
Tarix: 25.05.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Ermənistanda keçirilən seçkilərdə səslərin güc yolu ilə toplanması həmişə idarəetmə modellərindən biri olub”

“Ermənistanda cinayətkarlığın ali mövqe statusu almasına imkan verməməyi təklif və ya tövsiyə kimi təbliğ etmək, sadəcə, məsələnin bir tərəfidir”.
Ölkəsindəki son parlament və İrəvanın meriyasına keçirilən seçkilərdə cinayət elementlərinin görünməsini başa düşülən kimi dəyərləndirən “Sosial ədalət” qeyri-hökumət təşkilatının rəhbəri, psixoloq Arşak Qasparyan «Birinci İnformasiya» saytına bunu ölkə rəhbərinin fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, son seçkilərdən fərqli olaraq, 2003 və 2008-ci illərdə hökmranlıq gücü daha böyük qaydada özünü göstərirdi. Lakin son seçkilərdə hökmranlıq gücü o qədər də aydın şəkildə nəzərə çarpmayıb. Psixoloq deyib ki, Ermənistanda keçirilən seçkilərdə səslərin güc yolu ilə toplanması həmişə idarəetmə modellərindən biri olub. Onun sözlərinə görə, hazırda dəyərlərdəki dəyişiklik seçkilərdə də öz əksini tapıb: “Biz pula psixoloji həzdən daha çox dəyər verməyə başlayanda cinayətkarlıq artmağa başlayır”. Psixoloq Arşak Qasparyan qeyd edib ki, Ermənistanda həmişə gizli fəaliyyət göstərən cinayətkar seqmenti olub. Bu cinayətkar seqment həmişə olub, bu gün də var. Qasparyan “beşinci hakimiyyət” adlandırdığı cinayətkar seqmenti gizlətməsi mümkün olmayan həyat fəaliyyəti kimi dəyərləndirib. Ölkədəki cinayətkarlığa qarşı mübarizədə yalnız cinayətkarı tutmaqla kifayətlənməyib, əksinə, cinayəti yaradan səbəbləri aradan qaldırmanın lazım olduğunu bildirən psixoloq, bunu ilk olaraq Ermənistanın yuxarı instansiyalarında həyata keçirməyin vacibliyini bildirib. Təbii ki, Ermənistanda terror yolu ilə hakimiyyətə gəlmiş hazırkı siyasi rejimin bunu etmək ehtimalı inandırıcı görünmür. Axı bu ölkə bütün işlərini terror, cinayət yolu ilə həyata keçirir. Ermənilər üçün terrorizm - normal həyat və davranış tərzidir. Onların siyasi həyatları terror fəlsəfəsinə əsaslanır. Müasir Ermənistanda siyasətçilər hakimiyyəti ayrı cür bölüşməyi bacarmırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info