NATO sammiti: Türkiyənin veto demarşı
Tarix: 25.05.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Ankaranın vetosu Avstriyanın hərbi alyansla əlaqəsinə ciddi problem yarada bilər

ABŞ dövlət başçısı Donald Trampın ilk beynəlxalq turnesi Brüsseldə keçiriləcək NATO sammiti ilə yekunlaşacaq. Qərb mediası yazır ki, mayın 25-də başlayacaq və 28 dövlətin liderlərinin iştirak edəcəyi tədbir Türkiyə ilə bağlı o qədər də asan olmayacaq.
Son iki gün ərində Avstriya ilə Türkiyə arasında yaşanan diplomatik qalmaqal da bunu təsdiq edir. Avstriya NATO üzvü olmasa da alyansın müxtəlif proqramlarının ən aktiv iştirakçılarından biridir. Vyana Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayanmasına çağırış edib. Ankaranın cavabı özünü çox gözlətməyib. Türkiyə Avstriyanın NATO ilə əməkdaşlıq proqramlarını veto edəcəyini bəyan edib. Artıq proqramlardan birinə veto qoyulub. Ankara Avstriyanın hərbi alyansla əlaqəsinə ciddi problem yarada bilər. Almaniya ilə də problemlər var. Son referendum və “FETÖ”çulara sığınacaq verməsi ilə bağlı Ankara və Berlin arasında ciddi siyasi gərginlik var. Buna cavab olaraq Ankara Almaniyadan olan deputatların 260 alman əsgərinin yerləşdiyi “İncirlik” bazasına daxil olmasına icazə verməyib. Türkiyə NATO üzvü kimi veto hüququna malikdir. Türkiyə dövlət başçısı Ərdoğan bu hüquqdan istifadə edərək Brüssel sammitində Avstriyanı cəzalandıra bilər. Almaniyanın “Die Welt” nəşri yazır ki, Ankaranın vetosu Avstriya ordusunun NATO qüvvələri ilə birlikdə təlimlərdə, əməliyyatlarda iştirakını əngəlləyə bilər. Avstriya kansleri Kristan Kren və xarici işlər naziri Sebastyan Kurç hesab edirlər ki, son referendumla Ankara “qırmızı xətti” keçib. İndi isə Ankara təxminən belə bir formada əks-hücuma keçib - siz bizim Avropa İttifaqı yolumuzu kəsirsinizsə, biz də sizi NATO-da izolyasiya edəcəyik. Bu mövqe Brüsseldə ciddi narahatlıq yaradıb. Dərhal “Daily Sabah” nəşrində belə bir məlumat yayılıb ki, Avstriyaya tətbiq edilən veto digər tərəfdaşlarla həyata keçirilən proqramlara şamil edilmir. “Die Welt” yazır ki, Ankaranın demarşının Balkanlarla bağlı proqramlarda özünü necə göstərəcəyi bəlli deyil. Məsələn, alyansın Kosovodakı kontingentində ən çox sayda əsgərdə Avstriya təmsil olunur - 400 nəfər. Vetodan sonra bu əsgərlərin missiyada iştirakı sual altına düşür. Alyansın budəfəki sammitində Avropa, Asiya və postsovet ölkələrindən olan 41 tərəfdaş-ölkə ilə əməkdaşlıq proqramlarına yenidən baxılacaq və yeni formatda təsdiqlənəcək. Brüssel ehtiyat edir ki, Ankaranın Vyananı bloklaması bu proqramlara da təsir edə bilər. Çünki Ankaranın problemi təkcə Avstriya ilə deyil - Almaniya ilə də münasibətlər qaydasında deyil. Ötən il Almaniya parlamenti qondarma “erməni soyqırımı”nı tanıdığı üçün Ankara alman deputatların Adanadakı “İncirlik” hərbi bazasına girişinə qadağa qoydu. Kansler Merkelin uzun cəhdindən sonra bir dəfə buna nail olmaq mümkün olub. Amma referendum zamanı Berlinin ortaya qoyduğu qeyri-obyektiv mövqe, daha sonra “FETÖ” nümayəndələrinə sığınacaq verilməsi Ankara-Berlin xəttini yenidən gərginləşdirib. Türkiyə buna cavab olaraq alman deputatları “İncirlik” bazasına buraxmaqdan imtina edib. Artıq Almaniya Adanadakı əsgərlərini İordaniyaya köçürmək haqqında düşünür. Bu münasibətlə Almaniyanın müdafiə naziri İordaniyaya səfər edib. Bu məsələ Vaşinqtonla da müzakirə edilib. Almaniyanın xaric işlər naziri Vaşinqtondakı müzakirələrdən sonra belə bir fikirlərinin olduğunu, amma hələ ki, “əsgərlərin Türkiyədə qalacağını” bildirib. Bundestaqın fraksiya rəhbəri Tomas Opperman yerli mətbuata müsahibəsində bildirib ki, son ümid Merkelin sammitdə Türkiyəni mövqeyini dəyişməyə razı salmasınadır. Hollandiya ilə də müəyyən problemlər var. Amma Ankaranın bunlara qarış daha bir silahı miqrasiya məsələsi ilə bağlı razılaşmadır. Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, həmin anlaşmadan geri çəkilə bilərlər. Bu isə Avropa üçün ağır böhran deməkdir - Yaxın Şərq və Afrikadan Avropaya axışan miqrantların sayı iki dəfə arta bilər. Sammitə qədər Ərdoğanın ABŞ-da Trampla görüşü olub. Daha bir görüş Brüsseldə olacaq. Belə görünür ki, sammitin əsas gündəmi Türkiyə olacaq. Avropa-Türkiyə, ABŞ-Türkiyə münasibətlərinin bundan sonrakı axarı Brüssel toplantısında müəyyən olunacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info