İran turistləri Bakını seçir
Tarix: 25.05.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“Hələlik Bakıya həftədə 4 təyyarə reysi yola salırıq. İyun ayından başlayaraq reyslərin sayını artıracağıq və Bakıya həftədə 6 reys yola salınacaq”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın “Aysan Pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi deyib. Baş direktor bildirib ki, Bakıya səfər etmək istəyən iranlıların çoxluğu nəzərə alınıb və əlavə tədbirlər görülüb. İyun ayından başlayaraq şirkət Tehran-Bakı-Tehran reysindən başqa, həftədə bir dəfə olmaqla Əhvaz-Bakı-Əhvaz, Məşəd-Bakı-Məşəd, İsfahan-Bakı-İsfahan, Urmiya-Bakı-Urmiya reyslərini də açacaq. Müvafiq hava nəqliyyatı şirkətləri ilə danışıqlar aparılıb və müqavilələr imzalanıb. S.M.Mirrezayi qeyd etdi ki, İranın müxtəlif şəhərlərindən Bakıya səfər etmək istəyənlərin çoxluğu nəzərə alınıb və onların Bakıya turist səfərləri asanlaşdırılıb. Artıq Urmiyada, Məşəddə, İsfahanda yaşayanların Bakıya getmək üçün Tehrana gəlmələrinə ehtiyac yoxdur. Adı çəkilən İran şəhərlərində beynəlxalq standartlara uyğun hava limanları var. Şirkət bu limanlardan istifadə edərək Bakı səfərlərini təşkil edəcək. Baş direktor onu da nəzərə çatdırıb ki, Bakıdan qayıdan iranlı turistlər heç bir nöqsanla qarşılaşmadıqlarını bildirirlər. Digər yerlərə səfər edən turistlər bəzi iradlarla bizə müraciət edirlər. Lakin Azərbaycana səfər edənlər heç vaxt şikayət etmirlər. Əksinə, Bakının gözəlliyindən, insanların mehriban olmasından və qiymətlərin münasibliyindən məmnuniyyətlə danışırlar. Mart ayında Novruz bayramı ilə əlaqədar şirkət tərəfindən Tehrandan Azərbaycana 6 min turist göndərildiyini deyən S.M. Mirrezayi Bakıdan qayıdanların heç birinin şikayətinin olmadığını bildirib.





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info