Yaponiyalı professor BANM-in seminarında
Tarix: 25.05.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə cari tədris ilində təhsillərini başa vuran 5-ci kurs tələbələri üçün neft hasilatının artırılması üçün istifadə olunan müasir üsullara həsr olunmuş 4 günlük seminar öz işinə başlayıb. Seminar Yaponiyanın İNPEX şirkətinin təşəbbüsü, “SOCAR UPSTREAM İnternational Management” MMC-nin və BANM-in təşkilatçılığı ilə keçirilir. Seminarın açılışında SOCAR-ın Geologiya və Geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft, qaz, lay və ehtiyatları idarə olunması şöbəsinin böyük geoloqu Elvin Əhmədov, Yaponiyanın Azərbaycandakı səfirliyinin 1-ci katibi Takaaki Usui, səfirliyin nümayəndəsi Toshihiro Katagiri, Waseda Universitetinin professoru Masanori Kurihara, universitetin elmi əməkdaşı Utomo Pratama, İNPEX şirkətinin Resursların idarəolunması üzrə vitse-prezidenti Akihiko Kurashina və şirkətin mütəxəssisləri Takuya Muta və Yukito Nomura iştirak ediblər.
Seminarın ilk məşğələsində BANM-in rektoru Elmar Qasımov 2017-ci ilin BANM üçün bir neçə mühüm hadisə - ölkə Prezidenti İlham Əliyev tərəfindən ali məktəbin yeni kampusunun rəsmi açılışı, məzunların ilk buraxılışı və magistratura səviyyəsinə ilk qəbul ilə əlamətdar olduğunu qeyd edib. Rektor müasir biliklərin yayılması istiqamətində SOCAR şirkəti ilə son 5 ildəki əməkdaşlığı yüksək qiymətləndirib, yeni istismara verilən kampusda bu cür tədbirlərin keçirilməsi üçün daha da əlverişli şəraitin olduğunu bildirib. Elmar Qasımov həmçinin Yaponiyanın Waseda Universitetinin professoru Masanori Kurihara və onun həmkarlarına neft veriminin artırılması üsulları ilə bağlı müasir texnologiyalar haqqında bilikləri tələbələrlə bölüşdüklərinə görə minnətdarlığını bildirib.
SOCAR-ın Geologiya və Geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov BANM-in, ADNSU-nun, Xəzər Universitetinin, Waseda Universitetinin tələbələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və BANM-in əməkdaşlarını, seminarın məruzəçilərinə BANM-də tələbələr arasında müasir biliklərin yayılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq hal olduğunu vurğulayaraq, Waseda Universitetinin, İNPEX şirkətinin və “SOCAR UPSTREAM Management International”-in əməkdaşlarına seminarın təşkilinə görə minnətdarlığını bildirib. Yaponiyanın Azərbaycandakı səfirliyinin 1-ci katibi Takaaki Usui ali məktəbdə olduğundan məmnunluğunu bildirib, BANM-in ölkənin yüksək reytinqli ali təhsil müəssisəsi olduğunu qeyd edərək, yaponiyalı mütəxəssislərin tələbələrlə müasir biliklərin bölüşməsinin iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
Öz çıxışında professor Masanori Kurihara Waseda Universiteti ilə BANM-in əlaqələrinin qurulmasına maraq ifadə edib.
Seminarın keçirilməsi üçün Yaponiyanın Waseda Universitetinin Elm və mühəndislik fakültəsinin professoru Masanori Kurihara, universitetin elmi əməkdaşı Utomo Pratama, dünyada neftin və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olan İNPEX şirkətinin Resursların idarəolunması üzrə vitse-prezidenti Akihiko Kurashina, şirkətin Londondakı ofisinin Layın işlənməsi üzrə meneceri Takuya Muta və təlim koordinatoru Yukito Nomura Bakıya dəvət ediliblər.
Seminarın dinləyiciləri BANM-in 49, ADNSU-nun 5 və Xəzər Universitetinin 5 “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsillərini bu il başa vuran tələbəsi və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun 2 əməkdaşıdır.
Dörd günlük seminarın 1-ci günü əsasən neft hasilatının artırılmasında drenaj mexanizmin rolu, ilkin və ikinci neft çıxarılması məsələlərinə həsr olunacaq. 2-ci gün dinləyicilərə əlavə neftin çıxarılması üçün istifadə olunan termal, qaz vurma, kimyəvi üsullar, ağır neftlərin çıxarılmasında istifadə olunan qeyri-ənənəvi üsullar haqqında biliklər veriləcək. Seminarın 3-cü günü aşağı duzluluğa malik sulaşmaya, CO2 mikro qabarcıqlarla sulaşmaya, mikrobioloji üsulların istifadəsinə həsr olunacaq.
Sonuncu təlim günündə məruzəçilər əlavə neft çıxarılması üçün istifadə olunan və əvvəlki günlərdə təqdim edilən üsulların kompüter simulyasiyasını dinləyicilərə təqdim edəcəklər.
Qeyd edək ki, bu tədbir professor Masanori Kurihara Bakı Ali Neft Məktəbində tələbələr üçün keçirdiyi 2-ci təlim seminarıdır. İlk belə seminar 2015-ci ildə keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info