ABŞ-dakı konfransda Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb
Tarix: 25.05.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Heritic Fondunda “Cənubi Qafqaz: Tramp Administrasiyası üçün çətinliklər və fürsətlər” mövzusunda konfrans keçirilib. Konfransda Enerji və Təbii Resurslar Mərkəzinin direktoru Ariel Kohen, Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev və Heritic Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Luk Koffi çıxış ediblər.
İngiltərənin keçmiş Baş naziri Marqaret Tetçerin köməkçisi olmuş Nayl Qardinerin moderatorluğu ilə keçirilən tədbirdə çıxışçılar Trump administrasiyasına Cənubi Qafqaz regionu ilə bağlı təkliflər irəli sürüblər. Qeyd edək ki, Heritic Fondu respublikaçı mühafizəkar beyin mərkəzidir və Tramp Administrasiyası bu qurumda səsləndirilən fikirlərə xüsusi əhəmiyyət verir.
Ariel Kohen Cənubi Qafqaz regionunun ABŞ üçün hər zaman strateji əhəmiyyət daşıdığını və Tramp administrasiyasının bölgədəki rolunun artırılmalı olduğunu bildirib. Cənubi Qafqazda başqa dövlətlərin aktivliyini nəzərə çatdıran A.Kohen ABŞ-ın region ölkələri ilə əməkdaşlığa xüsusi diqqət ayırmasının zəruriliyini qeyd edib.
Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev isə məruzəsində Azərbaycanın və Gürcüstanın ABŞ-ın strateji müttəfiqləri olduğunu, bu ölkələrin strateji nəqliyyat koridorları, enerji layihələrində Amerika ilə ortaq maraqları olduğunu vurğulayıb. ABŞ və bölgə ölkələri arasında ticarət həcminin lazımi səviyyədə olmadığını bildirən Ə.Niftiyev bununla bağlı son zamanlarda geniş imkanlar yarandığını və ABŞ üçün investisiya fürsətləri olduğunu vurğulayıb. Azərbaycanın qaz resurslarını Avropa ölkələrinə çatdıracaq Cənub Qaz Dəhlizinin əhəmiyyətini nəzərə çatdıran direktor bu sahədə ABŞ-ın göstərdiyi siyasi dəstəyin davam etməli olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll olunmadığını və Azərbaycanın 20 faiz ərazisinin hələ də işğal altında qaldığını deyib, ABŞ hökumətinin bununla bağlı səylərinin artmasının həm münaqişənin həllinə kömək edəcəyini, həm də regionda iqtisadi inkişafa təkan verəcəyini bildirib. Ə.Niftiyev Ermənistan tərəfindən bölgədəki strateji infrastruktur və enerji layihələrinə qarşı təhlükələr yaradıldığını da vurğulayıb.
Çıxış edən Luk Koffi ABŞ-ın regiondakı siyasətinin əsas parametrlərinin bölgə ölkələrinin suverenliyinin gücləndirilməsinə və sabitliyin qorunmasına yönəlməli olduğunu qeyd edib. O, ABŞ administrasiyasının Azərbaycan və Gürcüstanla radikal terrora qarşı birlikdə mübarizə apara biləcəyini və hər iki ölkənin bu sahədə mühüm rol oynayacağını ifadə edib. ABŞ-ın yeni administrasiyasının regionda münaqişələrin həllinə diqqəti artırmasının vacibliyi barədə danışarkən Luk Koffi Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunun işğal olunduğunu söyləyib və bütün münaqişələrə eyni yanaşmanın tətbiqinin zəruriliyini vurğulayıb.
Sonra konfransda auditoriyanın sualları cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info